16 iyun 2015 14:20

Ən yaşlı və ən təcrübəli taekvondoçu Bakıda

İspaniyanın 34 yaşlı idmançısı Briqida Yaqu taekvondo üzrə çox sayda medalları var. Lakin Briqida hələ də yeni-yeni nailliyyətlərə can atır.

Azerisport.az xəbər verir ki, bu ispan döyüşçü karyerası boyunca üçqat dünya çempionu olub. O, dünya çempionatlarında ümumilikdə altı medal, dörd Avropa titulu və 2012-ci il London Olimpiya Oyunlarının gümüş medalının sahibidir.

Hər kəs düşünürdü ki, Londonda gümüş medal qazanandan sonra artıq Yaqu karyerasını yekunlaşdıracaq. Lakin taekvondoçu bununla razılaşmadı.

Mayorka əsilli idmançı hələ də tatami üzərindədir. Onun məşqçisi elə öz həyat yoldaşı  Xuan Antonio Ramosdur. Yaqu çərşənbə axşamı, 16 iyun tarixində Kristal Zalda 49 kq çəki dərəcəsində yarışır. O, Bakı 2015-də keçiriləcək taekvondo yarışlarında çıxış edəcək 127 iştirakçının yaşca ən böyüyüdür.

Yaqu Avropa Oyunlarını özünün ən böyük arzusuna - Rio 2016-ya qızıl medala doğru gedən yolda keçilməsi vacib növbəti mərhələ hesab edir.

"Rioda qızıl medal bizim ikimizin də arzsudur. Mənim ərim dünya və Avropa çempionudur. Lakin o, Olimpiya medalı qazana bilməyib. Ramos Olimpiya Oyunlarında 2004 və 2008-ci illərdə iştirak edib".

"Biz Olimpiya medalını evimizdən asanda, evimizin tamamlandığını hiss etdik, çünki bu bizim o vaxta qədər əldə edə bilmədiyimiz yeganə nailiyyət idi. İndi biz onun ən yüksək əyarını - qızılı istəyirik", - deyə Briqida bildirib. 

İlk Avropa mükafatını 1998-ci ildə qazanan Yaqu üçün Rio 2016 karyerasının sonu olmaya bilər: "Mənim bədənim "dayan" deyənədək, mən bu idmanla məşğul olacağam".

O, davamlı olaraq əldə etdiyi müvəffəqiyyətinə görə həyat yoldaşına borclu olduğunu etiraf edir: "İdman karyerasının son illərində məşqçinin eyni zamanda həyat yoldaşın olması, çox gözəl bir haldır. Ona minnətdaram. Mən hələ də bu idmanda əsas rəqiblərdən sayılıram," - deyə Yaqu bildirib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.