16 iyun 2015 12:20

Atıcılıq yarışlarında çempionlar bir arada

Bakı 2015 ilk Avropa Oyunlarında azarkeşlər, 16-20 iyun tarixlərində qadınlar arasında atıcılıq üzrə səngər stendi yarışlarında iki lider çempionu arasında güclü yarışın şahidi olacaqlar. Azerisport.az xəbər verir ki, oyunlar altı hissədən ibarətdir və hər bir yarışın qalibi avtomatik olaraq Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

16 iyunda başlanması planlaşdırılan atıcılıq üzrə stend yarışlarında London 2012 Olimpiya Oyunlarının qızıl medalçısı italiyalı Cessika Rossi və Beycinq 2008 Olimpiya Oyunlarının qalibi, bir nömrəli atıcı hesab olunan finlandiyalı Satu Makela-Nummela, dünya çempionu olmuş alman Katrin Quooss ilə qarşılaşacaq.

Atıcı Rossi Bakı 2015-də səngər stendi üzrə yarışlarda rəqibləri ilə döyüşlərin çətin olması ilə yanaşı maraqlı olacağı qənaətindədir. Qarşılaşmalar olsa da o, rəqib idmançılara hər zaman hörmət etdiyini bildirib:

"Bakıda çox güclü rəqiblər var. Onlardan biri slovakiyalı Rehak Stefeçekova London 2012 oyunları zamanı gümüş medal qazanıb. O mənim dostumdur və böyük çempiondur. Alman idmançı Katrin Quooss aparıcı dünya çempionudur. Mən digər rəqiblərə də rəğbət hissi bəsləyirəm. İştirak edən böyük adlara görə bizim yarışlarımız doğurdan da sonuna qədər maraqlı və çox mühüm olacaq".

London 2012 medal sahibi olmuş slovakiyalı Zuzana Rehak Stefeçekova da həmçinin atıcılıq oyunlarının keçiriləcəyi Bakı Atıcılıq Mərkəzindəki meydançada səngər stendi üzrə mübarizəni planlaşdırır.

Birinci Avropa Oyunlarında San Marinonun bayraq daşıyıcısı, Alessandra Perilli, London 2012 Oyunları zamanı atıcılıqda dördüncü yeri tutaraq vətəni üçün ilk Olimpiya medalını qazanmaq şansını itirmişdi. Bu uğursuzluqdan sonra o, daha əzmlə mübarizə aparacağına ümid edir.

Dairəvi stend yarışlarının 20 iyun tarixində keçirilməsi gözlənilir. Bu oyunlarda Olimpiya və Dünya Çempionatı üzrə bürünc medal sahibi slovakiyalı Danka Bartekova və dünya üzrə idmançılar siyahısında lider italyan Diana Bakosi kimi güclü atıcılar iştirak edəcək.

Ukraynalı atıcı Olena Kosteviç, London 2012 oyunlarında 10 və 25 metr məsafədən atəş üzrə bürünc medal sahibidir. O, həmçinin 2004 Olimpiya Oyunlarında 10 metr məsafədə atəş üzrə qızıl medal qazanıb. Güclü idmançı, 17 və 20 iyun tarixlərində atıcılıq yarışlarının 10 və 25 metrdən hava tapançası ilə atəş növü üzrə mübarizə aparacaq.

Hava tüfəng ilə atəş növü üzrə iki yarış, dünya çempionu olan italyan Petra Zublastinq tərəfindən 10 metr və almaniyalı Bit Qauss tərəfindən 50 metrdən atəşlə üç vəziyyətdə icra olunacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.