16 iyun 2015 19:45

Daha bir güləşçimiz qızıl medal qazandı

Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir. Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza Mariya Stadnik (48 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Dördüncü yarış günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.

53 kq çəkidə mübarizə aparan təmsilçimiz Anjela Doroqan finala qədər inamla irəliləyib. Əvvəlcə Türkiyədən Merve Kenger, ardınca isə macar Mersedes Denes və moldovalı Natalia Budu üzərində inamlı qələbə qazanıb. Həlledici görüşdə onun rəqibi Polşadan Roksana Zasina olub. Gərgin keçən görüş təmsilçimizin üstünlüyü ilə başa çatıb və Anjela Doroqan Avropa Oyunlarının qızıl medalına sahib olub.

58 kq-da təmsilçimiz İrina Netreba mübarizəyə inamla başlayıb. Ardıcıl olaraq İtaliyadan Carola Rainero və bolqar Mimi Hristovanı məğlub etsə də, yarımfinalda macar Emese Barkaya uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan İrinanın rəqibi Norveçdən Qreys Bullen olub. Təəssüf ki, Netreba bu rəqibi ilə bacarmayıb və medal şansını əldən verib.

53 kq
1/8 final - Merve Kenger (TUR) - Anjela Doroqan 2:8
1/4 final - Anjela Doroqan - Mersedes Denes (HUN) 4:0 (təmiz qələbə)
1/2 final - Natalia Budu (MDA) - Anjela Doroqan 2:5 (təmiz qələbə)
FİNAL - Anjela Doroqan - Roksana Zasina (POL) 3*:2

58 kq
1/8 final - Carola Rainero (ITA) - İrina Netreba 4:6
1/4 final - Mimi Hristova (BUL) - İrina Netreba 4:6
1/2 final - İrina Netreba - Emese Barka (HUN) 2:5
Bürünc medal görüşü - Qreys Bullen (NOR) - İrina Netreba - 4:0 (təmiz qələbə)

63 kq
1/8 final - Elmira Qəmbərova - Henna Johansson (SWE) 0:4

75 kq
1/8 final - Gözəl Zutova - Oksana Vaşçuk (UKR) 2:4

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.