15 iyun 2015 20:30

Türk voleybolçularının böyük qələbəsi

Bolqarıstan Kristal Zal 1-də Rusiyaya qarşı keçirilən matçda güclü oyun nümayiş etdirərək Bakı 2015-də ilk qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, gözlənilməz nəticə dünya reytinqində 5-ci yerdə olan Rusiyanın Avropa Oyunlarında ardıcıl ikinci məğlubiyyətini rəsmiləşdirdi.

3-0 hesabı ilə başa çatan matçın ilk setində 25-16 qalib gələn Bolqarıstan komandası, ikinci setdə 7 xal geriyə düşməsinə baxmayaraq, 25-22 hesabı ilə qələbə qazandı.

B qrupu üzrə baş tutan matçın sonuncu setində onlar, Rusiya üzərində 25-22 hesablı üstünlüyə yiyələndilər.

Komandası üçün 17 xal qazanan Hristina Ruseva deyir ki, ilk oyunda məğlub olduqdan sonra onlar motivasiyanı gücləndiriblər və növbəti görüşə daha ciddi hazırlaşıblar: 

"Rusiya komandası yaxşı təşkil olunmuşdu. Lakin biz onları məğlub etməyin yolunu tapdıq. Biz, onların oyunlarının videoyazılarını izlədik, taktikalarını təhlil etdik. Rusiya kimi güclü komanda üzərində qalib gəlmək bizə əminlik verir".

A qrupunun səhər saatlarında baş tutan matçında Türkiyə kollektivi İtaliya üzərində quru hesabla qələbə qazanıb.

Azarkeşlər tərəfindən dəstklənən Türkiyə komandası açılış oyununda Polşaya yenildikdən sonra İtaliyaya qarşı oyunda sürətli hücumlar təşkil edərək hər üç setdə, 25-16, 25-10 və 25-17 hesabları ilə qalib gəlib.

Türkiyənin təmsilçisi Güldeniz Onal Pasalıoğlu nəticəni "böyük qələbə" kimi qiymətləndirib:

"Biz çox yaxşı oyun nümayiş etdirdik və müdafiə xəttinin güclü olması bizə bu oyunda kömək etdi. İtaliya yarışlara gənc heyətlə gəlib. Lakin onlar həmişə güclü rəqibdirlər. Bu, böyük qələbədir".

İtalyan voleybolçularının məşqçisi Fabio Soli isə uduzmağın əsas səbəbini komandanın gənc oyunçularının təcrübəsizliyi ilə əlaqələndirir: 

"Özünə əmin olmayan idmançı uğursuzluğa məhkumdur. Bizdə də elə bu cür oldu. Bu, gənc oyunçular üçün normal haldır", - deyə məşqçi fikirlərini tamamlayıb. 

A qrupunun növbəti oyunlarında Türkiyə Belçika ilə, İtaliya isə Azərbaycanla qarşılaşacaq. B qrupunda isə Bolqarıstan Serbiyaya qarşı, Rusiya isə Xorvatiyaya qarşı mübarizə aparacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.