15 iyun 2015 18:30

Braziliya çimərlik voleybolunda favoritlərini çağırır

Bakı 2015 birinci Avropa Oyunlarında Azərbaycan komandası qadınlar arasında çimərlik voleybolunda qızıl medal uğrunda yarışacaq. Azerisport.az xəbər verir ki, çimərlik voleybolunda Braziliya amili qaçılmazdır. Belə ki, komadaların çoxunda məşqçilər braziliyalılardır.

35 yaşlı əslən braziliyadan olan azərbaycanlı Vivian Cunha, Braziliyanın keçmiş nümayəndəsi azərbaycanlı Raquel Ferreira ilə yanaşı, Azərbaycanla mübarizəyə başçılıq edir.

Cunha və tərəfdarı Zinaida Lyubimova Bakı 2015-də çimərlik voleybolu üzrə əsas iddiaçılardan biri kimi elan ediliblər. Buna səbəb onların Avropa Voleybol Konfederasiyasının Qitə Kubokunun son iki raundunda qələbə qazanaraq podiuma çıxması və Şərqi Avropa Voleybol Asossiasiyası yarışlarının hamısında ilk beşlikdə qərarlaşmalarıdır.

Moskvada Eevza Zonasında keçirilmiş oyunlar öncəsi final turnirində azərbaycanlı voleybolçular Ferreira və tərəfdarı Luliya Kərimova, həmyerlilərini az fərqlə üçüncü yerə çıxardaraq irəliləyiş əldə ediblər.

Dünya turnirində peşəkar idmançı kimi 12 illik təcrübəyə sahib voleybolçu Cunha hər zaman uğurlar əldə edərək adını doğruldur. Onun fikrincə braziliyalılar favorit olmağı sevirlər. Bu isə idmançını daha da gücləndirir və enerji verir.

27 yaşlı voleybolçu Lyubimovanın nisbətən az təcrübəyə maik olduğunu deyən Cunha hesab edir ki, təcrübəsi az olan idmançılar fərqli təzyiqlə üzləşə bilərlər. Lakin buna baxmayaraq o, Lyubimovanın oyun meydanında kapitan olmasını dəstəkləyir və oyunlarda hər zaman yarışlarda dəstəyini əsirgəmir. Bunu, gənc idmançı Lyubimova belə izah edir:

"Cunha hər zaman çətin vəziyyətlərdə mənə nə demək lazım olduğunu bilir. Beləliklə mənim düşünməyimə ehtiyac qalmır. O, sadəcə, et, deyir və bundan sonra ağlınızda heç bir şübhə və qarışıqlıq yaranmır".

Bakı 2015 ilk Avropa Oyunlarında keçiriləcək çimərlik voleybolu yarışlarında Niderland, İtaliya, Finlandiya və İspaniyanın medal iddiaçıları mübarizə aparacaq. Buna baxmayaraq ən çox diqqət ev sahibliyini edən ölkəyə yönəlib. Azərbaycanın güclü komanda olduğunu deyən ispaniyalı voleybolçu Paula Sofia Qutierrez bu barədə deyib ki:

"Bir həftə yaxşı oynayırıq, digər həftə isə daha fərqli ola bilər. İlk komanda olan Azərbaycan çox güclüdür. Biz bu il Moskvada və Lütserndə onlara qarşı mübarizə apardıq. İlk oyunda qalib gəldik, ikincidə isə məğlub olduq".

Çimərlik voleybolunda güclü mübarizə, başqa cür desək, Azərbaycan komandası üçün Rio 2016-ya gedən yol, 16 iyundan başlayır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.