15 iyun 2015 17:00

Boksçularımızın rəqibləri bəlli oldu

Avropa Oyunlarında iştirak edəcək boksçularımızın rəqiblərinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, yarışın ilk iki günündə - iyunun 16-ı və 17-də Azərbaycan idmançılarından heç kim rinqə çıxmayacaq.

İyunun 18-də iki boksçumuz mübarizəyə başlayır. 64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçi məğlub etməyə çalışacaq.

Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə 1/16 finalda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşacaq.

49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə yarışa ¼ final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Brendan İrvin (İrlandiya) – Tinko Banabakov (Bolqarıstan) cütünün qalibi olacaq. Əlizadə apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində məhz Banabakova uduzmuşdu.

Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq) 1/8 finalda ya irlandiyalı Mayles Kasey ya da belaruslu İvan Fiqurenka ilə görüşəcək.

Tayfur Əliyev də (56 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Gənc boksçumuz Nikolae Andreiana (Rumıniya) – Dieqo Ferrer Pereyra (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov (60 kq) 1/8 finalda Artyom Ramlavs (Latviya) – Otar Eranosyan (Gürcüstan) qarşılaşmasının qalibi ilə döyüşəcək.

Pərviz Bağırov (69 kq) yarışa 1/8 final mərhələsindən qatılacaq. Milli komandamızın üzvü Anas Messaoudi (Belçika) – Vasili Belous (Moldova) görüşünün qalibi ilə qarşılaşacaq.

Xaybulla Musalov (75 kq) 1/8 finalda Kristia Mbilli Assomo-Hallier (Fransa) – Viktor Karapçevşii (Moldova) döyüşünün qalibi ilə üz-üzə gələcək.

Milli komandamızın yeni üzvlərindən Abdulqadir Abdullayev (91 kq) 1/8 finalda Adam Hamori (Macarıstan) – Erik Tlkanek (Slovakiya) görüşündə qalib gələn boksçunu sınağa çəkəcək.

Əsas medal ümidlərimizdin ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov 1/8 finalda mübarizəyə qoşulacaq. Komandamızın kapitanı Vladislav Sirenko (Ukrayna) – Mixail Baxtidze (Gürcüstan) görüşünün qalibi ilə qarşılaşacaq.

Qadın boksçularımızın rəqibləri:
51 kq. 1/8 final Anaxanım Ağayeva – Sandra Drabik (Polşa) 19 iyun
54 kq. ¼ final Anna Əlimərdanova – Stanimira Petrova (Bolqarıstan) 23 iyun
60 kq. 1/8 final. Yana Alekseyeva – Mira Potkonen (Finlandiya) 21 iyun.
64 kq. ¼ final. Yelena Vıstropova – Sandi Ryan (Böyük Britaniya) – Sindi Rogge (Almaniya) cütünün qalibi
75 kq. 1/8 final. Leyla Cavadova – Yaroslava Yakuşina (Rusiya) 19 iyun. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.