15 iyun 2015 15:30

Beş yarışın hamısında qalib çıxan Almaniya

Kür İdman və Avarçəkmə Mərkəzində Avropa Oyunlarının yarışlarında ilk beş medalın taleyi həll olunub. Azerisport.az xəbər verir ki, bundan sonra beynəlxalq avarçəkənlərin qüvvələr nisbəti əhəmiyyətli dərəcədə dəyişib.

Almaniya iki açılış yarışında iki medala iddialı idi. Lakin bu ölkənin idmançıları ümumilikdə beş podium yerini tutdular. Avarçəkmə üzrə güclü komandalardan biri olan Macarıstan növbəti iki yarışda qalib gəlməklə bürünc medal qazandı və öz qüvvəsini bir daha təsdiqləmiş oldu.

İlk qızıl medal Almaniyaya getdi

Səhərin ilk medal yarışında alman Maks Hoff Bakı 2015 üzrə Danimarkanın elçisi Rene Holten Polten tərəfindən sıxışdırılıb. Almaniyanın 3:28.205 vaxt göstəricisi onun bazar günü göstərdiyi nəticədən yeddi saniyə çox olub. 

Digər alman avarçəkəni Sebastyan Brendel növbəti yarışlarda Hoffla podiumun zirvəsini bölüşüb. Belə ki, o, finişə Çex Respublikasının təmsilçisi Martin Fuksadan bir saniyə tez çatıb, macarıstanlı Atilla Vacda isə üçüncü olub.

"Mən öz oyun planımı göstərdim və bu plan işlədi," deyə Hoff Oyunların Xəbərlər Xidmətinə bildirib. "Plan yarışa yaxşı başlamaq, amma bir az geridə ortada olmaq və  sonra isə finişə doğru güclü mübarizə aparmaqdan ibarət idi. Bu plana əsasən mən Macarıstan və çexlərdən bir qədər cəld oldum".

Qadınların yarışında Macarıstan əvəzini çıxdı

Amma Macarıstan növbəti yarışda - qadınların kayak dördlüyü ilə yarışlarda əks zərbə endirib. Onlar alman dördlüyünü  ikinci yerə sıxışdırıb, Polşa isə bürünc uğrunda mübarizə aparıb.

"Suda vəziyyət çox ağır idi. Bəzən bizim belə problemimiz olur, amma biz yenə qələbə qazandıq", deyə qalib idmançı Anna Karasz bildirib.  

Macarıstan ikinci qızıl medalını kişilər arasında kayak-cütlər yarışında qazanıb. Zoltan Kammerer və Tamas Szalay finişə birinci çatıb. Alman dueti Maks Rendşmit və Markus Qros onlardan yarım saniyə gec qalıblar. Belarus isə bürüncə sahib olub.

1/400 saniyə qızıl medal qazandırdı

Final medal yarışında bu səhər Belarusun vəziyyəti yaxşı olub. Belə ki, London 2012-nin gümüş medalçıları Andrey və Aleksandr Boqdanoviç qardaşları kişilər arasına kanoe-cütlər yarışında (1,000m) qalib gəliblər. Onlar saniyənin 1/400 hissəsi qədər fərqlə qızıl medala yiyələniblər. 

"Bu, çox çətin qələbə olub və bizim indiyədək qazandığımız qələbələrdən 10 min dəfə önəmli idi. Çünki, sağlamlığımızla bağlı problem səbəbindən bizim karyeramızda bir boşluq yaranmışdı," deyə Aleksandr bildirib. "Amma indi işlər yenə düzəlir, biz birbaşa finala çıxdıq və qələbə çaldıq".

Günorta sessiyasında ilkin və yarımfinal mərhələsi ilə Bakı 2015-in avarçəkmə yarışları başa çatacaq. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.