15 iyun 2015 13:00

Azərbaycan medal cədvəlinin zirvəsində

Azərbaycan millisi Bakı 2015 Avropa Oyunlarının qeyri-rəsmi komanda hesabında liderliyini qoruyur. Azerisport.az xəbər verir ki, yarışın 3 günündən sonra da Azərbaycan yığması medal sıralamasında zirvədə qərarlaşıb.

Belə ki, Avropa Oyunlarında sahibini tapan 24 dəst medalı qazanan 26 ölkə arasında ən çox mükafatı Azərbaycan əldə edib. Millimizin hesabında 6 qızıl, 2 gümüş və 5 bürünc var.

Azərbaycan idmançılarının uğuru yerli azarkeşləri çox sevindirir. Bu, bir daha göstərir ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan yarışlara daha özəl yanaşır. Hər kəs azərbaycanlı idmançılardan yalnız qələbə gözləyir.

Təsadüfi deyil ki, azərbaycanlı idmançıların çıxışları hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri tərəfindən də canlı izlənilir. Azərbaycana qızıl medalları qazandıran idmançıları məhz prezident və xanımı şəxsən təltif ediblər. Bu da digər idmançıları üçün əlavə stimul olmaqla yanaşı, Avropa Oyunlarına dövlət səviyyəsində göstərilən diqqətin, idmançılarımıza gözlənilən etimadın səviyyəsinin göstəricisidir.

Yarışlarla əlaqədar digər cəlbedici məqam oyunlara həmişə olduğundan daha çox tamaşaçının qatılması, onların Azərbaycan və Türkiyə komandalarına daha coşğu və həvəslə azarkeşlik etmələridir. Oyunlarda tamaşaçı sayının çox olması hətta xarici idmançıları da heyrətləndirir.

Azərbaycanın bu oyunlarda diqqətçəkən amillərdən biri də Azərbaycan üçün xarakterik olmayan bir idman növü – triatlonda medal qazanması oldu. Bundan sonra Azərbaycan idmançıları üçün Olimpiya Oyunlarında yeni-yeni qələbə üfiqlərinin açıldığını əminliklə demək olar.

Qeyd edək ki, medalların siyahısında 2-ci pillədə Rusiya qərarlaşıb. Türkiyə millisi ilk “üçlüy”ü qapayır. Sonuncular medalların ümumi sayında 2-cidir.

Azərbaycanlı idmançıların iştirakı ilə bu gün də yarışlar keçiriləcək.

AZƏBAYCANA MEDAL SEVİNCİ YAŞADAN İDMANÇILARIN SİYAHISI:

QIZIL:
Elvin Mürsəliyev (Yunan-Roma güləşi)
İrina Zaretska (karate, kumite)
Ayxan Mamayev (karate, kumite)
Rəfael Ağayev (karate, kumite)
Firdovsi Fərzəliyev (karate, kumite)
Rəsul Çunayev (sərbəst güləş)

GÜMÜŞ: 
Sabah Şəriəti (Yunan-Roma güləşi)
Rafiq Hüseynov (Yunan-Roma güləşi)

BÜRÜNC: 
Rostislav Pevtsov (Triatlon)
Həsən Əliyev (Yunan-Roma güləşi)
İlahə Qasımova (karate)
Elman Muxtarov (sərbəst güləş)
Niyazi Əliyev (karate) 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.