15 iyun 2015 11:15

UCİ prezidenti: Bakı-2015-in açılış mərasimi möhtəşəm idi

Bakı-2015 ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti Brayn Kukson qadın dağ velosipedçilərinin mübarizəsi başa çatdıqdan sonra Azərbaycan mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bu mənim gözəl tarixə malik Bakıya ilk səfərimdir. Avropa Oyunları kifayət qədər yüksək səviyyədə təşkil olunub, açılış mərasimi isə olduqca möhtəşəm idi. Bir qədər əvvəl qadınların dağ velosipedi növündə qaliblərə mükafatları təqdim etdik. İdmançılar arasında kifayət qədər titullu atletlər var və bu amil Avropa Oyunlarının yüksək standartlara malik olmasından xəbər verir. Dağ Velosipedi Parkı isə sadəcə möhtəşəmdir və burada idmançıları olduqca çətin mübarizə gözləyir.

- Mən dünən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti cənab Fazil Məmmədovla görüşdüm və biz bu idman növünün Azərbaycanda gələcək inkişaf planları haqda danışdıq. Son illər ərzində Azərbaycanda bu sahədə xeyli iş görülüb. Bu gün səhər isə federasiyanın yeni ofisində və yenilənmiş Velotrekində oldum. Həmçinin mənə məlumat verildi ki, Azərbaycanda yeni qapalı Velodrom inşa olunacaq. Çox şadam ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün böyük işlər görülür və bunun davamlı olmasını arzulayıram.

- 2018-ci ildə BMX üzrə Dünya Çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı məsələyə gəlincə, bu yarışın Azərbaycanda təşkilindən məmnun olarıq. Ümid edirəm ki, yaxın zamanda bununula bağlı müzakirələri yekunlaşdırıb ortaq məxrəcə gələcəyik.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.