15 iyun 2015 19:50

Mariya qızıl, Nataliya bürünc medal qazandı

Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir. Azerisport.az xəbər verir ki, yarışların ilk iki günündə güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub.

48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Mariya Stadnik ardıcıl olaraq Portuqaliyadan Lilian Santos, Fransadan Julie Sabatie və İsveçdən İvona Matkovska üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi bolqar Elitsa Yankova olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz görüşü vaxtından əvvəl qələbə ilə başa vuraraq Avropa Oyunlarının qızıl medalına sahib olub. 

55 kq-da mübarizə aparan Nataliya Sinişin İtaliyadan Patrizia Liuzzi və Türkiyədən Bediha Gün üzərində qələbə qazansa da, gərgin keçən yarımfinal görüşündə İsveçdən Sofia Mattssona məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Görüş güləşçimizin tam üstünülyü ilə başa çatıb və Nataliya Sinişin yığmamıza bürünc medal qazandırıb. 

48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (POR) 12:2
1/4 final - Mariya Stadnik - Julie Sabatie (FRA) 11:0
1/2 final - Ivona Matkovska (SWE) - Mariya Stadnik 2:8 (təmiz qələbə)
FİNAL - Mariya Stadnik - Elitsa Yankova (BUL) 12:1

55 kq
1/8 final - Patrizia Liuzzi (ITA) - Nataliya Sinişin 0:10
1/4 final - Nataliya Sinişin - Bediha Gün (TUR) 12:0 (təmiz qələbə)
1/2 final - Nataliya Sinişin - Sofia Mattsson (SWE) 5:6
Bürünc medal görüşü - Tetyana Kit (UKR) - Nataliya Sinişin 0:10

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL) 4:14

69 kq
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS) 0:5

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.