15 iyun 2015 00:45

İdmançılarımızdan daha altı medal

Azerisport.az sizi azərbaycanlı idmançılarının qazandığı uğurlar və qarşıdakı gözləntilərilə tanış edir.

14 İyun - Avropa Oyunlarının 3-cü günü Azərbaycan idmançıları üçün kifayət qədər uğurlu olub. Gün ərzində Azərbaycan idmançıları daha 6 medal əldə ediblər: 3 qızıl, 1 gümüş və 2 bürünc. 

QIZIL: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev (75 kq) Bakı-2015 I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.

Karatenin kumite növündə 84 kq çəki dərəcəsində Ayxan Mamayev qızıl medal qazanıb.

Qadın karateçilər arasında 68 kq çəki dərəcəsində İrina Zaretska fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala yiyələnib.

GÜMÜŞ: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sabah Şəriəti (130 kq) gümüş medala sahib çıxıb.

BÜRÜNC: Triatlon yarışında Rostislav Pevtsov kişilərin mübarizəsində 3-cü yeri tutaraq bürünc medalı boynundan asıb.

Yunan-Roma güləşi üzrə Həsən Əliyev 66 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

NƏLƏR GÖZLƏNİLİR?

Azərbaycanlı idmançıların 15 iyundakı yarış proqramı

Voleybol, saat 22:00

Kristal Zalda keçirilən voleybol yarışında Azərbaycanın qadınlardan ibarət yığma komandası A qrupunda Polşaya qarşı mübarizə aparacaq.

İdman gimnastikası, saat 11:40, 14:30

2015-ci il Avropa Çempionatında fərdi çoxnövçülük yarışında beşinci yeri tutan Azərbaycan idmançısı Oleq Stepko Milli Gimnastika Arenasında çıxış edəcək. Həmçinin,  Petro Paknyuk, Eldar Səfərov da arenaya çıxacaqlar.

Qadın idmançılardan isə Yuliya İşina, Marina Nekrasova, Kristina Pravdina təsnifat görüşlərində iştirak edəcəklər.

Su polosu, saat 18:45

Azərbaycan yığması kişilər arasında keçirilən su polosu yarışında B qrupunda Almaniya ilə üzləşəcək.

Güləş, saat 10.00-dan

Güləş üzrə qadınlar arasında  1/8 final mərhələsində yarışlar keçiriləcək. Mariya Stadnik 48 kq çəki dərəcəsində sərbəst üsulla güləşdə Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla vuruşacaq.

Natalya Sinişin 55 kq çəki dərəcəsində İtaliyadan Patrisia Luizzi ilə 1/8 finalda üzləşəcək.

Yuliya Ratkeviç 60 kq çəki dərəcəsində Bolqarıstandan Talbe Yusinlə görüşəcək.

Nadia Muşka isə 69 kq çəki dərəcəsində Rusiyadan Natalya Vorobyova ilə görüşəcək.

Avarçəkmə, saat 14:00-dan

Avarçəkmə üzrə Mingəçevirdə keçiriləcək yarışlarda aşağıdakı Azəebvaycan idmançıları iştirak edəcək:

Mirnazim Cavadov – k kişilər arasında kayak-təkbətək 200 m ilkin oyunlar;

Valentin Demyanenko - kişilər arasında kanoe-təkbətək 200 m ilkin oyunlar;

İnna Osipenko-Rodomska qadınlar arasında kayak-təkbətək;

Sergey Bezuqlıy və Oleksiy Kupin - kişilər arasında kanoe-çütlük yarışlarında ilkin mərhələ. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.