14 iyun 2015 21:00
Azərbaycan Finlandiyaya uduzdu
Avropa oyunlarında iştirak edən kişilərdən ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün Finlandiya ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, ilk iki setdə qalib gələn millimiz sonradan üstünlüyü əldən verərək 2:3 hesabı ilə məğlub olublar.
