14 iyun 2015 23:00

Elvin Mürsəliyev: Cənab Prezidentə öz təşəkkürümü bildirirəm

"Qarşıma məqsəd qoymuşdum ki, çempion olacağam. Finala qədər gəlmişdim, qızılı əldən vermək istəmirdim. Şükürlər olsun ki, qızıl medalı qazandım. Avropa Oyunlarında qazandığım bu qələbəni anama həsr edirəm".

Azerisport.az xəbər verir ki, bunu bu gün Bakı-2015 birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 85 kq çəki dərəcəsində qızıl medal qazanmış Elvin Mürsəliyev deyib.

İlk Avropa Oyunları qalibinin sözlərinə görə, rəqiblərindən bir-ikisi ilə əvvəlcədən görüşübmüş: "Ən çətin görüşüm Gürcüstan və Rusiya idmançıları ilə oldu. Gürcüstan idmançısı ilə ötən il dünya çempionatında görüşmüşdüm, rus idmançı ilə ilk dəfə idi görüşürdüm".

E.Mürsəliyev bu çempionluğun yerini karyerasındakı digər uğurları ilə müqayisədə belə ifadə edib: "Bu, ilk Avropa Oyunlarıdır. Bu Oyunlarda hər bir idmançı istəyər ki, qızıl medal qazansın. Şükürlər olsun ki, mən də qızıl medal qazandım. Adımı Azərbaycan idmanının, eləcə də Avropa Oyunlarının tarixinə yazdım".

Avropa Oyunlarının qalibi əldə edilən bu uğura görə Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirib: "Dövlət başçısının göstərdiyi diqqət və qayğı göz qabağındadır. Mən cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Onun göstərdiyi bu diqqət, qayğı, əziyyət yerdə qalmadı".

Güləşçimiz tamaşaçılara da möhtəşəm dəstəyə görə minnətdarlıq edib: "Çox sağ olsunlar ki, gəlib axıra qədər dəstək oldular. Mən də bu qızıl medalı onlara hədiyyə edirəm. Təbii ki, qələbə qazanmağımda onların bu dəstəyinin çox təsiri oldu".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.