14 iyun 2015 10:30
Sadıqov Çunayevi təbrik etdi
"Neftçi İdman Klubu" İctimai Birliyinin İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov Avropa oyunlarında qızıl medal qazanan güləşçimiz Rəsul Cunayevi təbrik edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Çunayev ötən gün kişilər arasında baş tutmuş 71 kq çəki dərəcəsi üzrə güləş yarışlarında bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxmışdı.
