13 iyun 2015 21:50

Rəsul Çunayev: Azərbaycan əsgəri olaraq qürur duyuram ki...

"Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi medal gətirirəm".

Azerisport.az xəbər verir ki, bunu bu gün Bakı 2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşində qızıl medal qazanmış və qələbəsini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə hərbi salam verən Azərbaycan idmançısı Rəsul Çunayev deyib.

O, bildirib ki, finala gedən yolundan belə bəhs edib: "Finalda qalib gəldiyi Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşıbmışdıq, 2 dəfə mən qalib gəlmişdik, 2 dəfə də o qalib gəlmişdi. O, ötən dəfə Bakıda udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış qabağı xəstələnmişdim. nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyuldim və buna da nail oldum. İlk görüşdə Moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Onunla da indiyədək 4 dəfə qarşılaşmışdıq. onun üzərində də qələbə qazandım. Yarımfinalda isə bolqar idmançısına asanlıqla qələbə qazandım. Finalda da qalib gəldim".

Avropa Oyunlarının qalibi ilk görüşdəki nisbətən zəif çıxışını da xəstəliyi ilə əlaqələndirib: "Dediyim kimi xəstə idim. Bu səbəbdən birinci görüş çətin keçdi. 6:0 irəlidə idim, amma fikirləşdim ki, 8:0 olmalıdır, hakim 2 xalımı vermədi. Bundan sonra müdafiəyə çəkildim. Çünki nəfəsimə qənaət etməli idim. Sonra isə xal verərək vaxtı keçirirdim ki, sonda qələbə qazanım. Buna da nail oldum".

O, qələbəsini bundan əməyi olan bütün insanlara, başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr etdiyini deyib: "Başda cənab Prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım".

Qeyd edək ki, 71 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpasini məğlub edərək qızıl medala layiq görülüb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.