13 iyun 2015 21:30

Rəsul qızıl, Rafiq gümüş, Elman bürünc medal qazandı

Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Azerisport.az xəbər verir ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Yarışların ilk günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

59 kq-da mübarizə aparan Elman Muxtarov gürcü Gizo Meladze, Norveç Stig-Anre Berg üzərində qələbə ilə başlasa da, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə Elman erməni idmançısı Roman Amoyanla qarşılaşıb. Görüş güləşçimizin 9:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Elman Muxtarov ilk Avropa Oyunlarının bürünc medalına sahib olub. 

71 kq çəkidə təmsilçimiz Rəsul Çunayev Moldova idmançısı Daniel Kataraqa ilə gərgin keçən görüşü qələbə ilə başa vurduqdan sonra xorvat Dominik Etlinger və bolqar Svilen Kostadinovu asanlıqla mübarizədən kənarlaşdırıb və finala vəsiqə qazanıb. Finalda güləşçimiz rəqibi macar Balint Korpasiyə də heç bir şans verməyib və ilk Avropa Oyunlarının güləş yarışlarında Azərbaycan yığmasına ilk qızıl medalı qazandırıb. 

80 kq-da mübarizə aparan Rafiq Hüseynov ardıcıl olaraq Avstriyadan Mixael Vaqner, Bolqarıstandan Daniel Aleksandrov və Türkiyədən Selçuk Çebi üzərində inamlı qələbə qazanıb. Keçirdiyi görüşlərdə 30 xal qazanan Rafiq heç bir rəqibinə bir xal belə verməyib. Qızıl medal uğrunda son görüşdə güləşçimizin rəqibi Rusiya idmançısı Yevgeni Saleev olub. Rəqibinə uduzan Rafiq Avropa Oyunlarının gümüş medalını qazanıb. 

98 kq çəkidə gənc güləşçimiz Orxan Nuriyev ardıcıl İsveç güləşçisi Teodoros Tunusidis və Litva güləşçisi Vilius Laurinaitisi üstələyib, ancaq Rusiya idmançısı İslam Maqomedova məğlub olub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Orxan Estoniyadan Ardo Arusaarı üstələyib və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Türkiyə təmsilçisi Cenk İldem olub.

59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 5:3
1/4 final - Elman Muxtarov - Stig-Andre Berg (NOR) 7:6
1/2 final - Elman Muxtarov - Stepan Maryanyan (RUS) 3:11
Bürünc medal görüşü - Roman Amoyan (ARM) - Elman Muxtarov 1:9

71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA) 7:6
1/4 final - Rəsul Çunayev - Dominik Etlinger (CRO) 4:0
1/2 final - Rəsul Çunayev - Svilen Kostadinov (BUL) 10:0
FİNAL - Rəsul Çunayev - Balint Korpasi (HUN) 4:2

80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT) 11:0
1/4 final - Rafiq Hüseynov - Daniel Aleksandrov (BUL) 10:0
1/2 final - Rafiq Hüseynov - Selçuk Cebi (TUR) 9:0
FİNAL - Rafiq Hüseynov - Yevgeni Saleev (RUS) 0:2

98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunusidis (SWE) 4:1
1/8 final - Vilius Laurinaitis (LTU) - Orxan Nuriyev 1:9
1/4 final - Orxan Nuriyev - İslam Maqomedov (RUS) 1:3
Təsəlliverici görüş - Ardo Arusaar (EST) - Orxan Nuriyev 0:2
Bürünc medal görüşü - Orxan Nuriyev - Cenk İldem (TUR) 0:3

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.