13 iyun 2015 16:30

"Avropa Oyunlarında ilk qızıl medalı qazanmaq gözəl hissdir"

İsveçrəli dağ velosipedçisi Yolanda Neff bu gün Dağ Velosipedi Veloparkında Bakı 2015 qadınlar arasında dağ velosipedi yarışında qızıl medal qazanaraq tarix yazıb və ilk Avropa Oyunlarının çempionu adına layiq görülüb. Azerisport.az xəbər verir ki, dünya çempionu xanım Neff, Azərbaycanın paytaxtı Bakı şəhərində möhtəşəm Dağ Velosipedi Veloparkında yeddi dairədən ibarət yarışda zəfər qazandıqdan sonra ilk Avropa Oyunlarının çempionu olub.

Avropa Oyunlarının çempionu Yolanda Neff ilə yanaşı İsveçrəli Ketrin Stirnemann və polşalı Maya Vlojovska yarışı müvafiq olaraq ikinci və üçüncü yerdə tamamlamaqla öz adlarını tarixə yazıblar.

İlk Avropa Oyunlarının çempiyonu qızıl medalını Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkidən qəbul edib və bildirib: “Birinci Avropa Oyunlarında iştirak etmək möhtəşəmdir və ilk qızıl medalı qazanmaq gözəl hissdir. Yarış marşrutu çox küləkli idi. İlk üç dövrədə biz qrup şəklində yarışırdıq və daha sonra mən, sürətimi artırdım və getdikcə rəqiblərimdən daha çox uzaqlaşdım. Həqiqətən çox sevinirəm ki, komanda yoldaşım, isveçrəli Ketrin Stirnemann gümüş medalı və Polşanı təmsil edən yaxın rəfiqəm Maya Vlojovska bürünc medalı qazandı".

Dünyada nömrə bir olan xanım Neff, altı yaşından etibarən yarışır və Bakı 2015 Avropa Oyunlarındakı qələbəsindən öncə 2015-ci ildə səkkiz yarışın qalibi olub.

Bakı 2015 Dağ Velosipedi Veloparkı Azərbaycanda ilk dəfə bu məqsəd üçün tikilmiş Dağ Velosipedi məkanıdır. Məkan həmçinin bu gün kişilər arasında birgünlük yarışda mübarizə aparan 77 idmançıya ev sahibliyi edir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.