13 iyun 2015 15:00

Azərbaycanın ruhu Bakı 2015-in medal mərasimlərinə həsr olunmuş musiqi ilə həmahəng səslənəcək

Azərbaycan mədəniyyətinin istedadları Medal Mərasimləri zamanı Bakı 2015 Avropa Oyunlarının bir hissəsi kimi idman aləmində qazanılan yüksək nailiyyətlərlə birgə nümayiş etdiriləcək. Azerisport.az xəbər verir ki, “Zəfər” Bakının ruhunu təcəssüm etdirəcək 253 mərasimin hər biri üçün ayrıca təqdim olunacaq orijinal musiqi kompozisiyasıdır. Həmçinin, bu, bürünc, gümüş və qızıl medal qazanan idmançılar üçün bayram musiqisi olacaq.

Bu təkrarolunmaz əsər aparıcı Azərbaycan bəstəkarı Rəşad Həşimovun beynəlxalq aləmdə tanınmış Qreq Baumanla əməkdaşlığının heyrətamiz nümunəsidir.

Rəşad Həşimov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın əməkdar artisti adına layiq görülmüş ən istedadlı bəstəkarlarından biridir.

O, öz musiqi təhsilini 1990-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmazdan öncə Bakı Musiqi Texnikumunda alıb. Bir çox mühüm musiqi tədbirlərinin dirijoru, bəstəkarı və rəhbəri kimi çıxış etməklə yanaşı, o, 20 ildir ki, "RAST" qrupunun rəhbəridir.

Rəşad, Azərbaycanı Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Sinqapur, Mərakeş, Türkmənistan, Belarus, İsveç və bir sıra digər ölkələr də daxil olmaqla dünyanın müxtəlif yerlərində təmsil etməyə davam edir.

“Great Big Events” şirkətinin yaradıcı direktoru olan Bauman, bütün dünyada Olimpiya Oyunları da daxil olmaqla, müxtəlif tədbirlər üçün nəzərdə tutulan medal mərasimlərinin bəstəkarı kimi beynəlxalq təcrübəyə malikdir.O, Rəşad  Həşimov kimi istedadlı və yaradıcı bir Azərbaycan bəstəkarı ilə işləmək imkanını qazanmaqdan çox məmnundur. Medal Mərasimlərinin Musiqisi yerli "Azerbaijan Promix" səsyazma studiyasında lentə alınıb.

Avropa Oyunlarının birinci medalı bu gün Veloparkda keçirilən qadınlararası Dağ Velosipedi yarışlarında  təqdim olundu. Yarışların keçiriləcəyi 17 gün ərzində 1700-dən çox medal təqdim olunacaq və onlar Azərbaycan rəssamı Nərgiz Hüseynova ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb. Azərsuvenir tərəfindən əl üsulu ilə hazırlanmış medallar əyinlərində azərbaycanlı dizayner Zümrüd Mirzəliyevanın müəllifi olduğu ənənəvi dizayn elementləri ilə bəzədilmiş müasir geyimlər olan 250-dən çox könüllü tərəfindən təqdim olunacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.