13 iyun 2015 12:30

Adams Avropa Oyunlarının qızılını alan ilk qadın olmaq istəyir

Nikola Adams Avropa Oyunlarının qızılını alan ilk qadın boksçu olmaq istəyir. Azerisport.az xəbər verir ki, boks ustası yalnız ikiqat Olimpiya çempionu olandan sonra idmandan gedəcək.

Olimpiya çempionu, bir çox yarışların mükafatçısı Nikola Adams idman karyerasını bitirdikdən sonra biznesə baş vurmaq niyyətindədir. 32 yaşlı idmançı 2012-ci il Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışı üzrə qızıl medal qazanan ilk qadındır. O, eyni zamanda, 2014-cü il Qlazqoda keçirilən Həmrəylik Oyunlarında boks üzrə qızıl medal qazanan ilk qadın idmançı olub.

Nikola indi də bu adlarının sırasına Avropa Oyunlarında qızıl alan ilk qadın titulunu əlavə etmək istəyir.

"Qalib olmaq üçün buradayam. İlk Avropa Oyunları çempionu mən olacağam. İlk çempion olmaq yalnız bir dəfə ola bilər və mən bu titulu qazanacağam".

Adams Olimpiya çempionu adının onun həyatını dəyişdirdiyi qənaətindədir. O, çox  məşhurlaşıb, küçədə insanlar ona yaxınlaşıb ondadn avtoqraf alır, şəkil çəkdirirlər.

"Çempionluq mənə maddi cəhətdən də kömək etdi, amma insan kimi olduğu kimi qalmışam. Heç vaxt dəyişməyəcəyəm" deyən Nikola yalnız ikiqat Olimpiya çempionu olduqdan sonra idmandan getmək niyyətindədir. 

Nikola Adams BBC-nin çəkdiyi “Vaterloo yolu” filmində özünü canlandırıb və “İstenderlər və Tacqoyma” televiziya şousunda rol alıb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.