13 iyun 2015 02:15

Azərbaycanlı idmançılar iş başında

İyun ayının 13-də, birinci Avropa Oyunlarının 2-ci günündə bir sıra Azərbaycan idmançısı yarışlara qoşulacaq. Azerisport.az xəbər verir ki, onlar müxtəlif idman növlərində mübarizə aparacaqlar. Şənbə günü yarışlarda mübarizə aparacaq Azərbaycan idmançıları və oyunların vaxtı:  

Karate: 75 kq kumite, 12:36

Karate üzrə dördqat dünya və doqquzqat dünya çempionu Rafel Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanmaq üçün Kristal Zal 2-də mübarizəyə başlayacaq.

"Karatenin Maradonası" kimi tanınan idmançı birillik zədədən qayıtdıqdan sonra 2015-ci ildə İstanbulda Avropa çempionatında titul qazanıb və doğma azarkeşlər onun yenidən qızıl medal qazannacağını gözləyirlər.

Güləş: Yunan-roma 71 kq, 11:03

Rasul Çunayev 2013-cü ildə Kazanda keçirilən Universiadada qalib gələrkən etdiyi rəqsi təkrarlamaq fikrindədir. Onun yüngül və zirək ayaq zərbələri nəticəsində qazandığı qələbə YouTube-da izləmə rekordları qırıb; Çunayev həmin qələbəni özünün ən yaddaqalan çıxışı kimi təsvir edib.

Eks Avropa çempionu yarışda güclü rəqibləri ilə qarşılaşacaq, lakin o, azərbaycanlı azarkeşlərin böyük dəstəyini hiss edəcək.

Dağ velosipedi, 15:30

Orxan Məmmədov qədim Azərbaycan atalar sözünün ona şənbə günü Veloparkda keçiriləcək dağ velosipedi yarışında uğur qazanmaqda kömək edəcəyinə inanır .

Atalar sözünə görə yuxuda görülənin əksi baş verir. Məmmədov isə yuxuda sonuncu olacağını görüb.

Stolüstü tennis, 09:30

Qadınlar arasında ən reytinqli azərbaycanlı oyunçu Məryəm İmanovanın öndərlik etdiyi Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası şənbə günü səhər saatlarında keçiriləcək ilk mərhələ yarışlarında Fransa qarşısında əlindən gələni etməyə çalışacaq.

Voleybol, 16:30

Dünya reytinqində 29-cu olan Azərbaycanın qadınlardan ibarət komandası A Qrupunun Kristal Zal 1-də keçirilən açılış matçında dünya reytinqində 37-ci olan Rumıniyaya qarşı imkanlarını nümayiş etdirəcək.

Azərbaycan komandası son bir neçə ildə əhəmiyyətli dərəcədə inkişaf edib və 2014-cü ildəki uğurdan sonra dünya reytinqində səkkiz pillə irəliləyib. Belə ki, həmin il keçirilən dünya çempionatında onlar 15-ci yeri tutub.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.