12 iyun 2015 21:30

Ledi Qaqa Bakı-2015-in açılış mərasimində çıxış edəcək

Lady Gaga Cümə günü axşam (12 iyun) Bakıda, ilk Avropa Oyunlarının Açılış Mərasimində idmançılar üçün mahnı ifa edəcək. Azerisport.az xəbər verir ki, piano arxasında əyləşərək, Lady Qaqa “İmagine” (Xəyal Et) mahnısını ifa edəcək. Sözləri Con Lennonun (John Lennon) klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Bu mahnı 50 ölkədən, 6000-ə yaxın atleti, idman vasitəsi ilə yeni beynəlxalq həmrəylik məşəli altında toplayan 1-ci Avropa Oyunlarının ruhuna uyğundur.  

Lady Qaqa bildirib: “Bakıda Avropa Oyunlarının Açılış mərasimində iştirak etmək, bu gözəl şəhərdə Avropa Oyunlarında mübarizə aparacaq idmançıları salamlamaq mənim üçün böyük bir şərəfdir".

Lady Qaqa reytinq cədvəllərinə liderlik edən “Just Dance” (Rəqs et) və “Poker Face” (“İfadəsiz üz”) hitləri ilə beynəlxalq şöhrət qazandı və 28 miliyon album və 140 miliyon sinql satışı ilə uğurlarını davam etdirdi

O, üç “Grammy” (“Qremmi”) Mükafatı, 13 MTV Video Musiqi Mükafatı, 13 Ginnesin Dünya Rekordu və Mahnı Bəstəkarlarının Məhşurluq Zalı tərəfindən verilən ilk Müasir İkona Mükafatını qazanıb.

Musiqidən başqa, o, lezbiyan, gey, biseksual və transgender (LGBT) şəxslərin hüquqlarının qorunması, QİÇS-lə mübarizə tədbirləri kimi xeyriyyə işlərinə və ictimai fəaliyyətinə görə də məşhurdur. 2012-ci ildə gənclərin inkişafına yardım məqsədilə, “Bu yol üçün addımla” adında xeyriyyə fondu yaradıb. 

“Biz çox şadıq ki, Lady Qaqa ilk Avropa Oyunlarının Açılış Mərasimində iştirak edəcək. Con Lennondan ifa edəcəyi “Imagine” adlı mahnı Avropadan gələcək 50 dövlətin idmançıları üçün sülh və birliyin himni olacaq” – Bakı 2015-in Mərasim təşkilatı üzrə direktoru Katerina Uqvu müsahibəsində qeyd edib. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.