12 iyun 2015 21:00

Geri sayım başa çatdı - Açılış Mərasimi Avropa Oyunlarına doğru unudulmaz başlanğıcdır

Böyük səbirsizliklə gözlənən və bu axşam baş tutacaq Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi bütün dünyaya Avropa Oyunlarına rəsmi başlanğıc kimi təqdim olunacaq. Azerisport.az xəbər verir ki, oyunların açılış mərasiminin dünyanın aparıcı bədii, istehsal və texniki komandaları tərəfindən hazırlanıb ərsəyə gətirilməsi, həmin tədbirə biletlərin bu axşam tam satılıb qurtarması onun Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir tədbir olacağından xəbər verir.  

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 İlk Avropa Oyunlarının Baş İcraçı direktoru Cənab Azad Rəhimov bildirmişdir: "Oyunlarn açılış mərasiminə bir neçə saat qalmış tam əminliklə deyə bilərəm ki ,bu möhəşəm idman tədnirinin açılış mərasiminə  biletlər  tam satılıb qurtarıb. Bu  Mərasim Olimpiya Stadionunda 68 000 tamaşaçı, habelə beynəlxalq auditoriya üçün unudulmaz bir təcrübə olacaq.

"İdman aləminin bütün nəzərləri bu axşam, habelə növbəti 17 gün ərzində yüksək rəqabətlilik şəraitində keçəcək  yarışlar zamanı Azərbaycana yönələcək".

Bakı 2015-in Açılış Mərasimi ölkənin tükənməz mədəni zənginliyini və qüdrətini təcəssüm etdirən   qeyri-adi, ruhlandırıcı və yaddaqalan bir tədbir  olacaq. Əksər hissəsi Azərbaycandan olan 2000-dən çox könüllü həmin Mərasimdə müxtəlif səhnələrdə iştirak edəcək. Onlarla yanaşı digər 17 ölkədən də nümayəndələr bu mərasimə qatılacaq. Həmin ifaçılar  məşq zamanı  600-dən çox  tapşırıq yerinə yetiriblər.

Səhnə arxası proseslərə isə, 25 ölkədən 300-dən çox prodüser və 34 ölkədən 1000 işçi cəlb olunub.

Azərbaycanın idman tarixində ən əlamətdar hadisələrdən olan  böyük gecəyə mükafatlı bilet əldə edə bilməyən şəxslərə gəlincə,  Bakı 2015-in rəsmi veb-səhifəsində bütün səhnələrin videoları  eksklüziv  anlar da daxil olmaqla həmin mərasimin hər bir anı işıqlandırılacaq. Açılış Mərasimi Baku2015.com saytından bütün dünyaya yayımlanacaq və veb-səhifədə,  habelə bütün sosial media platformalarında Bakı vaxtı ilə günorta saat 12-dən başlayaraq həmin böyük günün canlı işıqlandırılması həyata keçiriləcək.

Açılış Mərasiminə doğru artan xətt boyunca gedən tədbirlər sırasına  bütün Azərbaycan paytaxtında həyəcan dolu möhtəşəm binadan yayılan canlı bloq, tvitlət və mesajlar daxildir. Ekskluziv kulis

xarakterli kliplər Mərasim zamanı təqdim olunacaq və şounun 10 dəqiqəlik işıqlandırma paketi tədbir başa çatdıqdan sonra görüntülənəcək.

Baku2015.com başlanğıc veb-səhifəsi Açılış Mərasiminin rəngləri ilə tutulub və üçüncü ilkin baxış reklam  çarxı çərşənbə günü görüntülənmişdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.