12 iyun 2015 21:15

Neff qələbə maşınını işə salmağa hazırdır

Heç kəs bilməsə də, məhz Maya Vloşçovska bilir ki, qadınların dağ velosipedi yarışında isveçrəli sensasiya - Yolanda Neffin qarşısını almaq çətin olacaq. Azerisport.az xəbər verir ki, bu idmançıların hər ikisi Bakı 2015-in ilk qızıl medalına iddialıdırlar.

Qızlar son illər iki yarışda - Beynəlxalq Velosiped Təşkilatının (UCI) dağ velosipedi üzrə dünya kuboku yarışında və “Giant Pro” dağ velosipedi yarışında komanda yoldaşı olublar. Elə həmin vaxtlar yarışlar boyunca Maya həmkarı Yolandanın qələbə naminə inadkar əzminin günbəgün gücləndiyinin şahidi olub.

2003-cü və 2010-cu illərin dünya çempionu, Pekin 2008-in gümüş medalçısı polyak Vloşçovska onun uğurlarına sevindiyini deyir: "İki il əvvəl mən komanda lideri idim, keçən il isə o, lider oldu. İki il əvvəl Yolanda mənimlə mübarizə apara biləcək gücdə olduğunu aşkarladı. Qışdan sonra mən onun uzun və ağır təlim qaçışları ilə məşğul olduğunu görürdüm. O, çəkisini xeyli azaltmağa müvəffəq olub".

Öz növbəsində Yolanda Neff də Mayadan çox şey öyrəndiyini deyir. Keçən il 21 yaşında UCI dünya kuboku üzrə ən gənc velosipedçi olan idmançı son illərin seriya yarışlarında hər iki yarışın qalibi olan Vloşçovskanı güclü rəqib hesab edir:

"Ondan çox şey öyrənirəm, o, çox peşəkardır, mənə çox kömək edir. Eyni zamanda, çox təvazökardır. Biz 1 və 2-ci yerləri qazansaq, bu, çox möhtəşəm olardı. Bu, mənim ən böyük arzumdur. Biz hazırda komanda yoldaşı olmasaq da, dostluq edirik".

Dağ velosipedi üzrə bu şənbə keçiriləcək yarışlarda Neffin qızıl medal qazanacağı gözlənilir. Vloşçovska da bu proqnozlardan xəbərdardır və fəxri kürsünün digər pilləsinə qalxacağına ümid edir.

"İlk onluqda yerləşən qızlar arasında fərq çox kiçikdir. Fəxri kürsüyə hər hansı bir idmançı çıxa bilər", - deyə Vloşçovska qeyd edib.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.