12 iyun 2015 20:30

Medal qazanmaq uğrunda gənclər yarışacaq

Bir çox ölkələr kişilərin voleybol turnirinə gənc idmançıları gətirib. Azerisport.az xəbər verir ki, buna görə də bu yarışın çox çətin keçəcəyi gözlənilir.

Milli federasiyalar Rio 2016 Olimpiya Oyunları üçün reytinq xalı qazanmaq məqsədilə hansı yarışda iştirak etmək barədə qərar qəbul etməli idilər. İki variant var idi: ya Dünya Liqasında, ya da Bakı 2015-də iştirak etməklə reytinq xalı qazanmaq və bundan yanvar ayında Türkiyədə keçiriləcək təsnifat turnirində istifadə etmək.

Yerli MOK kimi Qrup A-da yuxarı səbətdə yer almasına baxmayaraq, Azərbaycanı Avropanın elit idmançılarına qarşı cətin mübarizə gözləyir. Onlar arasında keçən ilin dünya çempionları - Polşa, dünya səkkizincisi Serbiya və 12-ci yeri tutmuş Fransa daxildir.

"Rusiya üçün Dünya liqası əsas yarışdır. Bu, bizim ehtiyat komandamızdır və məqsədimiz onları hazırlamaq və potensial imkanlarını üzə çıxarmaqdır" - Sergey Şlyapnikov.

Bunu Rusiya yığmasının məşqçisi Sergey Şlyapnikov bildirib. Onun sözlərinə görə, Almaniya ilə eyni qrupda qarşılaşma həlledici olacaq. 

2014-cü ilin sonunda Almaniya ilkin bəyanat verərək bildirib ki, onlar bütün səylərini Avropa Oyunlarına yönəltmək üçün Dünya Liqasında iştirak etməyəcəklər. Çünki onlar Dünya Liqasında 2-ci qrupdadırlar. Bakıda əsas xalları toplamaq daha asandır.

Almaniyanın baş məşqçisi Vital Heynen düşünür ki, onun ilk komandası final nəticələrindən asılı olmayaraq dəyərli dərs götürə bilərlər: "Tədbirin yaxşı keçiriləcəyini hiss etdiyimiz üçün bura gəlirik. Biz hələ də hansı ölkədən hansı oyunçuların gələcəyini bilmək istəyirik".

Heynenin komandasının qarşılaşacağı digər yüksək səviyyəli komanda isə İtaliyadır. İtaliya komandası da başqa komandalar kimi cavan idmançılardan ibarət yığma ilə Bakıya gəlib. Dünya Liqası onların əsas məqsədidir.

İtaliyalı Mişel Totire üçün bu oyunlar gənclər komandasının məşqçisi kimi beynəlxalq səviyyədə əldə edəcəyi ilk böyük təcrübədir. Artıq iki həftə ərzində komanda ilıə tanış olan məşqçi komandanın imkanlarını yeni aşkar edir:

"Bizim çox məşq etmək imkanımız yoxdur. Amma komandada olan bir çox oyunçuları yaxşı tanıyıram. Üstün taktiki düşünmə bacarığı bizi digər komandalardan fərqləndirir. Oyunçuların çoxu İtaliydka A seriyasında yarışır, onlar çox güclü idmançılarla üz-üzə gələcəklər".

Kişilərin voleybolu üzrə ilk yarışlar 14 İyun tarixində keçiriləcək. Saat 9.00-da Slovakiya və İtaliya arasında görüş başlayacaq. Azərbaycan-Finlandiya oyunu saat 16:30 baş tutacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.