12 iyun 2015 17:45

Rusiyalı üzgüçülər Bakı-2015-də fərqləndilər

Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük üzrə sərbəst duet proqramında ilkin yarış keçirilib. Azerisport.az xəbər verir ki, yarışın nəticələrinə görə, Rusiya idmançıları daha çox bal topladılar.

Rusiyalı cütlük Valeriya Filenkova və Dariya Kulagina gözqamaşdıran kostyumları ilə Van Helsinqin musiqisinin sədaları altında çıxış etməklə 89.2333 xalla yarışa liderlik edirlər.

Avstriya idmançıları - Anna-Mariya Aleksandri və Eyrini-Marina Aleksandri bacıları yarışı 4-cü yerdə bitiriblər. Onlar “Qu gölü” baletinin sədaları altında çıxış etdikdən sonra yüksək bal (83.8333) toplasalar da, yarışın favoritləri Rusiya, Ukrayna və İspaniyadan sonra 4-cü oldular.

Azərbaycanı təmsil edən Tatyana Nikitina və Yekaterina Valiulinanın çıxışı azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılandı. Onlar 71.4333 xal topladılar. 

"Bu, bizim üçün çox böyük məsuliyyət idi və öhdəsindən gəlmək çox çətin idi. Lakin azarkeşlər bunu dəf edməyə kömək etdi" - Yekaterina Valiulina.

Bu yarış Belarus və ev sahibi Azərbaycanın Milli Olimpiya Komitəsi üçün tarixi gündür. Çünki Belarusdan olan cütlük - Hanna Şulnina və Dominika Tsiplakova birinci Avropa Oyunlarının ilk iştirakçıları oldular. 

Yarışdan öncə çox həyəcanlı olan Dominika Tsiplakova birinci çıxış edəcəyini əvvəlcədən hiss edibmiş: "Yuxumda görmüşdüm ki, kosmetikamla bağlı problemim var. Bundan əvvəl isə yarışa birinci çıxacağımı da görmüşdüm. Həqiqətən də yarışa çıxanda dodaq boyamda problem yaşadım".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.