12 iyun 2015 11:45

Bakı 2015-in alovu Avropa Oyunlarının açılış mərasiminə yollanır

Bakı 2015-in alovu Birinci Avropa Oyunlarının açılış mərasiminə bir gün qalmış, iyunun 11-də sonuncu dəfə Qız qalasından yola çıxdı. Azerisport.az xəbər verir ki, səyahətin bu günü Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin iştirakı ilə məşəlin Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin yerləşdiyi baş qərargahın önünə gətirilməsi ilə başlandı. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunur.

Bakı 2015-in alovu şəhərdən yola salınacağı Sadko limanına gətirilməzdən əvvəl, məşəlçilər - bəstəkar, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov, "Bakılı oğlanlar" komandası ilə “Şən və Hazırcavablar Klubu”nun çempionu olmuş Murad Dadaşov və futbol veteranı Çingiz İsmayılovun bələdçiliyi ilə Xalça muzeyi, Bakı Biznes Mərkəzi və “Park bulvar” qarşısından keçərək, İçərişəhərdən bulvara qədər olan yolu qət etdi.

Bu mərkəzlərdən keçən alov sabah axşam açılış mərasimində - Avropa Oyunları davam etdiyi müddətdə yanacaq Bakı 2015 kasasını alovlandırmaq üçün sonuncu səfərinə çıxacaq.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov sonuncu məşəl festivalı ilə bağlı fikirlərini bölüşüb: “Məqsədimiz alov səyahəti vasitəsilə Azərbaycanın hər bir bölgəsində insanları ruhlandırmaq və Oyunlara cəlb etmək idi. Həmçinin, böyük mədəniyyətə, ənənələrə, tarixi irsə malik ölkəmizin təbii gözəlliyini, xalqımızın coşğusunu və dünyəvi dəyərlərə malik mənəvi sərvətini dünyaya təqdim edə bildik. Xalqdan aldığımız hərarət, gördüyümüz diqqət və mehribanlıq gözlədiyimizdən də artıq oldu – bütün Azərbaycan Birinci Avropa Oyunlarını layiqincə keçirmək üçün birlik və vəhdət nümayiş etdirir. Belə bir qürurverici şəraitdə sabahkı gecəni – möhtəşəm açılış mərasimini və ardınca start götürəcək mötəbər idman yarışlarını səbirsizliklə gözləyirəm”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.