11 iyun 2015 21:50

Rusiyalı idmançılar sinxron üzgüçülükdə iddialıdırlar

Gənclər arasında dünya çempionu rusiyalı Anisiya Neborako üçqat qızıl medal qazanacağına ümid edir. Azerisport.az xəbər verir ki, Rusiyanın sinxron üzgüçüləri Bakı 2015 Avropa Oyunlarında hovuzda öz peşəkarlıqlarını nümayiş etdirəcəklər. Burada onlara rəqibləri belə azarkeşlik edəcəklər.

Fiqurlar, solo, komanda və sərbəst kombinasiya üzrə yarışan gənclər arasında ikiqat dünya çempionu Anisiya Neborakonın şounun ulduzu olacağı gözlənilir. O iddiaçıların fəxrli baxışlarını özünə cəlb edən güclü komandaya başçılıq edir.

"Hər zaman biz onların nə isə maraqlı, yaxud yeni bir şey tapdığının şahidi oluruq" - deyə Avstriyanın bolqarıstanlı məşqçisi Albena Mladenova bildirib və belə əlavə edib: "Mənim üçün onları görmək xoşdur və çox maraqlıdır. Həmişə düşünürəm ki, biz onlardan öyrənə bilərik".

Hətta medala ciddi iddialı olan İspaniya Rusiya üzgüçülərinin keyfiyyətini yüksək qiymətləndirir, baxmayaraq ki, məşqçi Ana Paçeko Montero məğlubiyyət gözləmir: "Əlbəttə ki, biz bilirik ki, Rusiyalılar olduqca yaxşıdırlar və biz bura gələndə ilk etdiyimiz şey onlara baxmaq olur. Biz onlardan öyrənməyə davam edirik. Düşünürəm ki, bu idmanın və yarışın olduğu üsulla yarışın sonunadək heç nə yazılmır".

Neborako razılaşmaya bilər. 18 yaşlı idmançı 2014-cü ildə Helsinkidə keçirilmiş Gənclər Arasında Dünya Çempionatında üçqat qızıl medalı qazanmaq istəyirmiş, lakin Neborako orada sərbəst kombinasiya üzrə öz komanda yoldaşı ilə gümüş medala yiyələndi.

Onun əsas rəqibi ehtimal ki, ukraynalı idmançı Yelizaveta Yaxnodur. Belə ki, o da bütün sinxron üzgüçülük yarışlarında, o cümlədən duet üzrə mübarizə aparır.

Fərdi yarışlar üzrə digər rəqiblər avstriyalı Anna-Mariya Aleksandri, ispaniyalı Berta Ferreras Sans, fransalı İnesse Quermoud və italiyalı Noemi Karrozadır.

Sinxron üzgüçülük cədvəli 12 iyun tarixində Açılış Mərasimindən əvvəl başlayır. Burada nəzərdə tutulur ki, Belarus cütlüyü  Xanna Şulina və Dominika Sipalkova birinci Avropa Oyunlarında ilk rəqiblər olmaq kimi bir şərəfə nail olacaqlar.

Onlar ilkin olaraq cütlərin sərbəst hərəkəti üzrə yarışacaqlar. Burada bütün nəzərlər rusiyalı cütlük Valeriya Filenkova və Dariya Kulaginaya cəmlənəcək. Belə ki, onlar 2014-cü il Gənclər Arasında Dünya Çempionatında qızıl medal komandasının tərkibinə daxil olmuşdular.

Onların ən yaxın rəqibləri ukraynalı cütlük Yana Nariejna və Yaxno, habelə ispaniyalı Yuliya Eçeberria  Esquivel  və İrene Toledano Karmelodur.  

Ukrayna həm gənclər, həm də yaşlılar səviyyəsində öz reytinqini kəskin şəkildə yüksəldib. İndi ukraynalılar İspaniyanı arxada qoyub və yarışlarda Rusiyanın əsas rəqibidirlər.

Ukrayna, İspaniya və İtaliya  komanda yarışında ruslara qalib gələrək podiumda yer qazanmağa ümid edirlər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.