11 iyun 2015 21:10

Petrissa Solja Bakıda uğur qazanacağına ümidlidir

Özü Almaniya, bacısı Avstriya komandasında yarışan Petrissa Bakıda uğur qazanacağına ümidlidir. Azerisport.az xəbər verir ki, Almaniyanın idmançısı Petrissa Solja hələ uşaq vaxtından böyük bacısı Ameliya ilə tennis oynamaq üçün atasından israrla xahiş edirmiş. İndi isə bacılar bir-birilərinin rəqibidirlər.

Petrissa Solja Almaniya, bacısı Ameliya Avstriya üçün yarışır. Onlar bir çox yarışlarda rəqib olublar. Ona görə də Ameliyanın Bakı 2015-ə gələ bilməməsi kiçik bacısını çox sevindirir: "Yaxın qohumların bir-birinə qarşı oynaması hər zaman çətin olub. Mən başqa bir idmançını özümə rəqib görmək istərdim. Axırıncı dəfə Avropa Çempionatında Avstriyaya qarşı keçirdiyimiz oyunda bacım bizə çoxlu problemlər yaratdı".

Cari ilin yanvar ayında Bakıda keçirilmiş beynəlxalq turnirdə Avropa reytinqində ikinci yerdə qərarlaşan Petrissa SOLJA yüksək hazırlıq səviyyəsindədir. O, üç il əvvəl vətəndaşlığını dəyişmək barədə fikrini dəyişməsəydi, bacısı ilə yanaşı Avstriya komandasına ciddi problemlər yarada bilərdi.

Soljaların nənəsi avstriyalı olğundan, bacılar həmin ölkənin vətəndaşlığını qəbul edə bilərdilər. Ameliya yaşamaq və yarışmaq üçün Avstriyanı seçib, Petrissa isə Almaniyada qalıb: "Mən hələ uşaq yaşlarından tennis oynamaq istəyirdim, lakin atam mənə hələ bunun üçün xeyli balaca olduğumu bəhanə gətirirdi. O, mənim stolüstü tennis oynaya biləcəyimə yalnız beş yaşına çatanda icazə verdi".

21 yaşlı Petrissa onun böyük bacısı Süzannanın Ameliya ilə əsrarəngiz və füsünkar təbiətə malik Kandeldəki evlərində tennis oynamalarına qısqanclıqla yanaşırdı. Lakin buna baxmayaraq o, Avropa reytinqində 7-ci yerdə qərarlaşıb. Petrissa Almaniyada qadınlar arasında reytinq üzrə ikinci ən yüksək göstəriciyə malikdir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.