11 iyun 2015 21:00

Bakı 2015 çərçivəsində triatlon üzrə ilk məşqlər keçirilib

Bilgəh Çimərliyində Bakı 2015 çərçivəsində triatlon üzrə ilk məşqlər keçirilib. Azerisport.az xəbər verir ki, idmançılardan bəziləri heç də yaxşı start götürə bilməyiblər. Bir neçə idmançı uzun, dayaz bir startdan sonra üzgüçülük bölməsinə daha yaxşı yanaşmanın yollarını axtarıblar. 

Güclü irlandiyalı üzgücüsü Russel Vayt hesab edir ki, 186 sm boyunun olması onun üçün bu yarışda üstünlük sayılmayacaq. "Tullanmaq üçün yer çox, üzmək üçün isə yox" - Vaytın ilkin qərarı belə oldu. 

Maltanın triatlon idmançısı Daniko Bonello Spiterin boyunun hündürlüyü 153 sm olsa da, o da çətin vəziyyətdə qaldığını etiraf edib: "Yarışdakı üzgüçülük prosesi olduqca qəribədir. Çünki su bir çox hallarda dayazdan dərinə, sonra yenidən dərindən dayaza dəyişirdi. Siz dayazlıqda nə zaman üzmək, nə zaman qaçmaq lazım olduğu barədə düşünməlisiniz. Bu məqamların yarışa necə təsir göstərəcəyini söyləmək çətindir".

Əksər Avropa triatlon idmançıları ponton körpüsündən daha dərin suya tullanırlar. 166 sm boyu olan Yunanıstan idmançısı Ceyms Kronis isə bu halda öz boyundan razı deyildi: "Mən bu üsuldan Avstraliyada çimərlik startları ilə başlayan yarışlarda istifadə etmişəm. Lakin əslində bu, hündürboylu idmançılara daha uyğundur. Onlar bu istiqamətdə daha çox uğur əldə edə bilərlər".

İsveçli məşqçi Fredrik Lundin isə sudan tamamilə razılıq bildirirdi. O, öz yetirməsi, Olimpiya gümüş medalçısı Liza Nordendən bu yarışda böyük uğurlar gözləyir: "Su çox sərindir. Ona görə də suya çoxsaylı tullanışlar etməlisiniz. Bu, sərin bir yarış olacaq. Proses mənim xoşuma gəlir".

Lundin "küləkli şəhər mənasını verən Bakıda hava şəraiti hələ də böyük rol oynayır, şənbə günü hava küləkli olacaq, beləliklə biz ayrı cür proseslə üzləşəcəyik", deyə bildirib.

Triatlon üzrə qadınların yarışı şənbə, 13 iyuna, kişilərin yarışı isə 14 iyuna planlaşdırılır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.