11 iyun 2015 20:40

Əkiz güləşçilər Bakıda bir otaqda yaşaya bilmirlər

Serbiyalı Meyt və Viktor Nemes qardaşları Bakıda müxtəlif yarışlarda iştirak edəcəklər. Azerisport.az xəbər verir ki, Meyt və Viktor Nemes əkiz qardaşları biri-birinə mane olmamaq üçün ayrı otaqlarda qalmalıdırlar. Lakin Yunan-Roma güləşçiləri hesab edirlər ki, rəqib olmaları onların uğur qazanmasına yardımçı olacaq.

Viktor Nemes Bakı 2015-də 75 kq çəki dərəcəsinə malik idmançılar arasında Yunan-Roma güləşi üzrə yarışacaq: "Zənnimcə, bu yaxşı haldır, çünki birlikdə məşq edə bilməklə yanaşı, qardaşım Meyt mənə kömək edə bilər. Lakin biz indi eyni otaqda yaşaya bilmərik, çünki hər gün vuruşuruq".

Şimali Serbiyanın Senta kəndindən olan 21 yaşlı bu əkizlər eyni çəki dərəcəsi üzrə yarışırlar. Lakin onlar Bakıda müxtəlif idman tədbirlərində iştirak edirlər.

Əkizlər belə düşünürlər ki, əgər onların yanında daim mübarizə aparacaqları bir kimsə olarsa, bu, güləş karyerasını inkişaf etdirməyə yardımçı olar. 

Viktor Nemes bildirib ki, onlar məşq düşərgəsində olanda 10 gündən sonra dalaşmağa başlayırlar. 

Onun əkizi Meyt Nemes etiraf edir ki, indiyədək qardaşı ilə çox vuruşub: "Bizim aramızda kimin daha yaxşı mövqe tutması uğrunda çoxlu yarışlar olub".

Meyn Nemes 75 kq çəki dərəcəsinə malik idmançılar arasında keçiriləcək yarışda iştirak edəcək.

Serbiya komandası Bakıda güləş üzrə ən azı 3 medal qazanmaq niyyətindədir. Komandanın ən güclü üzvü, iki dəfə Avropa Çempionatının bürünc medal mükafatçısı olan Aleksandr Maksimoviç deyib ki, qrupdan gələn dəstək onlara kömək edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.