11 iyun 2015 15:40

Avopa Oyunlarının bayraqdarı Azərbaycan bayrağını təhvil aldı

Milli Olimpiya Komitəsində "Bakı 2015" I Avopa Oyunlarının bayraqdarına Azərbaycan bayrağının təqdimetmə mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək, əvvəlki Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını daşıma şərəfinə nail olduqlarını xatırladıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışlarından sonra yeni bayraqdarın adı açıqlanıb. Bu, cüdo üzrə 2015-ci ildə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış, "Neftçi İdman Klubu"nun üzvü Elmar Qasımovdur. E.Qasımova Azərbaycan himninin sədaları altında bayraq təqdim olunub. Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "Neftçi İdman Klubu"nun idarə aparatının rəhbəri Sadıq Sadıqov cüdoçumuzu təbrik edərək ona və diğər idmançılarımıza Avropa Oyunlarında uğurlar arzulayıb. E.Qasımov bayrağı Atletlər Kəndinə aparıb.

Qeyd edək ki, Azərbaycan yığmasının bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasimində bayrağı daşıyacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.