10 iyun 2015 17:15

Bakı-2015 Mədəniyyət 2015 proqramını açıqlayır

Bu gün, Bakı 2015 Avropa Oyunları, Azərbaycanın özünəməxsus zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə iyunda Bakıda təşkil olunacaq “Mədəniyyət 2015” tədbirlər proqramını açıqladı. Azerisport.az xəbər verir ki, “Mədəniyyət 2015” proqramı Azərbaycanın birinci xanımı və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və bir sıra müstəqil mədəni mərkəzlərin əməkdaşlığı ilə hazırlanıb. 

Proqram Azərbaycan mədəniyyəti tarixinin üzərində cəmlənir. Şərqlə qərbin kəsişdiyi nöqtədə yerləşməsi qədim tarixi məkanların, muğam, klassik və caz musiqisi, opera, rəqs və teatr, milli və müasir incəsənət əsərlərinin böyük toplusunun daxil olduğu unikal irsin yaranması ilə nəticələnib. 

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov dedi: “Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir və gənc ölkəmizə öz zəngin mədəniyyətini və qonaqpərvərliyini nümayiş etdirmək üçün mükəmməl imkan yaradır. Buraya gələnlərin möhtəşəm mədəni mərkəzlərimizi gəzmək və Oyunlar boyunca gerçəkləşəcək geniş miqyaslı tədbirlərə tamaşa etmək şansı əldə etmələrindən məmnunam”.

Bakı 2015, Bakının əsas mədəni obyektləri və baş tutacaq tədbirlər və sərgilər haqqında ətraflı məlumat verən müfəssəl “Mədəniyyət 2015” broşürasını hazırlamaq üçün öz tərəfdaşları ilə əməkdaşlıq edib. 

Bu məkanlara UNESCO-nun Dünya İrsi siyahısına salınmış tarixi İçərişəhər və Qobustan dövlət qoruğu, həmçinin, Dövlət Opera və Balet Teatrı, yenicə təmirdən çıxmış Milli İncəsənət Muzeyi, yeni tikilmiş Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi daxildir. 

Mədəniyyət mərkəzlərinin hamısı, Avropadan və dünyanın müxtəlif yerlərindən gəlmiş rəssamların və musiqiçilərin proqramı ilə yanaçı, Azərbaycanın tarixinə və mədəniyyətinə nəzər salmaq imkanı yaratmaqla Oyunlar zamanı tədbirlər və sərgilər silsiləsi təqdim edəcək. 

Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev isə bunları dedi: “Mədəniyyət 2015 proqramı ölkəmizə gələnlərə şəhərimizin mədəniyyətinin qeyri-adi müxtəlifliyini nümayiş etdirmək üçün təşkil olunub. Bu proqramın onları əyləndirəcəyinə, məlumatlandıracağına və ruhlandıracağına əminəm. Bütün qonaqlarımıza Bakıda vaxtlarını xoş keçirməyi arzu edir və təqdim olunan çoxsaylı tədbirlərdə iştirak etməyə dəvət edirəm”.

İçində xəritələr, bilet və praktik məlumatın olduğu broşüralar pulsuzdur və onları otellər, mədəni obyektlər, eləcə də şəhərin müxtəlif bilet satış məntəqələrindən əldə etmək mümkündür.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.