10 iyun 2015 17:00

Elmar Qasımovun məqsədi Bakı 2015-də doğma divarlar arasında qələbə qazanmaqdır

Azərbaycanın cüdo üzrə dünya ikincisi Elmar Qasımov Bakı 2015-də doğma divarlar arasında qızıl medala sahib olma planları üçün diqqət və xüsusi məşqlərin əsas amil olduğunu açıqlayıb. Azerisport.az xəbər verir ki, çəki kateqoriyası üzrə dünya reytinqində ikinci sırada yer alan cənab Qasımov Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahiblənib.  2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında  cənab Qasımov  qızıl medal qazanıb.

Bakı 2015 Avropa Oyunlarının veb-saytı üçün hazırlanmış video-çarxda cənab Qasımov bildirib: “Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdır ".

Cənab Qasımov 2014-cü ildə Avropa Çempionatında ikinci yerdə qərarlaşıb. Yarışlar zamanı diqqətini toplaması uğur üçün əsas olduğunu bildirib: “Tatamiyə çıxarkən, ancaq rəqibimi düşünürəm, başqa heç nə. Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram".

Cənab Qasımov 16 ildir ki, cüdo ilə məşğuldur və ölkə divarları arasında ilk Avropa Oyunları çempionu olmaq üçün mübarizədə çox həyəcanlıdır: “Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidir. Qələbə mənim həvəsimdir".

Tam videoya bu keçiddə baxa bilərsiniz  http://www.baku2015.com/video/index.html.  

Cüdo yarışları iyun ayının 25-dən başlayaraq dörd gün ərzində Heydər Əliyev adına İdman Mərkəzində keçiriləcək. 18 medal yarışlarından ibarət olacaq boks yarışında Avropadan 416 kişi və qadın idmançılar iştirak edəcəklər.  

Biletləri Bakıda rahat yerdə yerləşən 12 satış mərkəzindən, məsələn; Park Bulvar, 28 Mall və Metro Parkdan  və ya www.baku2015.com/tickets veb-saytından onlayn əldə edə bilərsiniz.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.