10 iyun 2015 15:00

Bakı-2015 və Nar sonuncu şanslı qalibi elan etdi

Bakı 2015 və rəsmi tərəfdaş "Nar " cənab Fuad Həsənovun Avropa Oyunlarının dördüncü və sonuncu Şanslı qalibi olduğunu elan edib. Azerisport.az xəbər verir ki, bilet nömrəsi cənab Fuad Həsənovun bəxtinə təsadüfü çəkilişlə düşüb və o, Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olan "Nar "dan iPhone 6+, iPad Air 2, 3G Nar internet paketi, xüsusi nömrə və nəhayət ömürlük danışıq paketi qazanıb.

Bakı 2015-in ”Şanslı qalib” kampaniyası “onlayn” bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi qiymətli hədiyyələr üzrə keçirilir. Əvvəlki Şanslı qaliblərə Azərbaycan Hava Yolları tərəfindən Nyu-York şəhərinə iki nəfərlik biznes-klas, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi, “Tissot”un xüsusi hazırladığı kişi və qadın saatı, bütün ailə üçün "P&G" məhsullarının illik tədarükü təqdim edilib.  Bütün Şanslı qaliblər Bakı 2015-in Açılış və Bağlanış Mərasimlərinə iki VIP bilet qazanıblar. 

Şanslı qalib cənab Fuad Həsənov bildirib: “Mən idman azarkeşiyəm və ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün möhtəşəm fürsət oldu. Lakin belə möhtəşəm hədiyyəni udmaq gözlənilməz idi! Ölkənin ən sürətlə inkişaf edən mobil operatoru "Nar" dan ömürlük danışıq paketi qazanmaq mənim üçün böyük dəyişliklər edəcək. Bakı 2015-in Açılış və Bağlanış Mərasimlərini səbirsizliklə gözləyirəm.”

"Nar "nin icraçı direktoru cənab Kent MakNili bildirib: “Bakı 2015 Avropa Oyunları ölkəmiz üçün tarixi anlar yaşadacaq və "Nar " Şanslı qalib kampaniyası vasitəsilə Azərbaycan xalqına həyəcanlı anlar yaşatdığı üçün fəxr edir.”

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Cənab Fuad Həsənovu Bakı 2015-in sonuncu Şanslı qalibi olduğu üçün təbrik etmək istərdim. Belə bir təbliğat Azərbaycan ictimaiyyəti arasında marağa səbəb olub və biz ilk Avropa Oyunlarına göstərdiyi davamlı dəstəyə görə "Nar"a minnətdarlığımızı bildiririk".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.