10 iyun 2015 00:25

Avropa Oyunlarının açılış mərasiminə biletlər artıq satılıb

Ötən gün, Bakı 2015 Avropa Oyunları cümə günü keçiriləcək Açılış Mərasiminin tamaşaçılarla dolu stadionda baş tutacağını elan edib. Azerisport.az xəbər verir ki, Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq bildirib:

"Bu inanılmaz nailiyyətdir və ilk Avropa Oyunlarının rəsmi açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağı ilə biz hamımız qürur duymalıyıq. Bu unudulmaz şouya cəmi 3 gün qalıb və bu inanılmaz yolda biz yeni bir uğura imza atmışıq. 30 ay ərzində biz xəyalı reallığa çevirdik və son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli əlavəni tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq. Mən, 78 faizi yerli işçilərdən təşkil olunmuş bütün BAOƏK heyətinə, təkcə artıq biletləri satılmış Açılış Mərasiminə görə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə öz təşəkkürümü bildirirəm".

106 idman yarışları üzrə biletlərin artıq satıldığını bildirən cənab Saymon Kleq əlavə edib: “Avropa Oyunları ərəfəsində Bakıda aşkar hiss edilən həyəcan indi də bilet satışlarına sirayət etməkdədir".

BAOƏK ilk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması üçün qanunvericiliyin biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı tələblərinin pozulmaması üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir. BAOƏK-in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj deyib: "Biz Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi istiqamətində birgə fəaliyyət həyata keçiririk".

Biz satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik və bunun etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdir.

Bakı 2015 rəsmi veb-saytı Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər üçün Mərasiminin hər anını və səhnəarxası görüntülərini qeydə alacaq.  Açılış Mərasimi Baku2015.com səhifəsində canlı yayımlanacaq və Bakı vaxtı ilə saat 12-dən başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək.

Açılış Mərasimi üçün işçi rejimdə Azərbaycanın paytaxtındakı canlı bloq, tvitlər və möhtəşəm binaların şəkilləri yer alacaq.  Mərasim zamanı xüsusi səhnəarxası görüntülər nümayiş etdiriləcək və tədbirin başa çatmasından dəqiqələr sonra tamaşanın 10 dəqiqəlik icmalı yerləşdiriləcək.

Çərşənbə günü Baku2015.com ana səhifəsi Açılış Mərasiminin rənglərinə boyanacaq və üçüncü xüsusi reklam çarxı yerləşdiriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.