10 iyun 2015 00:05

Bakı 2015 alovu İçərişəhəri işıqlandırdı

Ötən gün birinci Avropa Oyunlarının alovu Bakı ilə tanışlığını İçərişəhərlə davam etdirdi. Azerisport.az xəbər verir ki, Bakının dünənindən bu gününə və sabahına körpü olan İçərişəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. O, bir canlı orqanizm kimi, şəhərin rəmzi, onun döyünən ürəyidir. 

“Qədim Bakı” çay evində müğənni Ədalət Şükürovun iştirakı ilə fotoçəkiliş aparıldıqdan sonra, Bakının yeni rəmzlərindən birinə çevrilmiş və memarlığı ilə göz oxşayan “Alov qüllələri”ndən başlandı. Hündürlцyü 190 metr olan qüllədən kəndirlə enən məşəlçi, alpinist Rinat Rəhimxanov estafetə start verdi.

Karvan sonra İçərişəhərə yola düşdü. İçərişəhər kompleksi 1977-ci ildə tarix-memarlıq qoruğu statusu alıb, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar сarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb. Sahəsi 22 hektar olan ərazidə sanki divarlarda əsrlərin memarlığının, sənətkarlığının dili ilə danışır, söhbət açır, bizi keçmişimizə aparır. Yüksək təpə üzərində amfiteatr formasında salınmış bu qədim şəhər hündürlüyü 8-10 metr, eni 3,5 metr olan üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladır.

Bakının ən möhtəşəm və sirli memarlıq abidəsi olan qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən qülləşəkilli nadir abidə olan Qız qalasının hündürlüyü 28 metrdir. Xəzər dənizinin kənarında dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik formada tikilmiş qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür və 2000-ci ildə UNESCO-nun Dünya иrsi siyahısına salınıb. Qafqaz Albaniyasının müdafiə qalalarındaki memarlıq elementləri ilə oxşarlığı əsasında, onu eramızın V-VI əsrlərinə aid etmək olar. Qalanın diametri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatır.

Yürüş daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov, müğənni Faiq Ağayev, Pekin-2008 olimpiadasının qalibi, cüdoçu Elnur Məmmədli, atletika veteranı, Moskva-1980 Yay Olimpiya Oyunlarının hakimi olmuş Abbas Əzimov, «Bakılı oğlanlar» ŞHK-nin çempion heyətinin üzvü olmuş Bəhram Bağırzadə, yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya çempionu Həsən Əliyev, voleybol veteranı, «Tоp komandalar kuboku»nun qalibi Alla Həsənova, bəstəkar, dirijor Yalçın Adıgözəlov, musiqiçi Ənvər Sadıqov, aktrisa Şəfiqə Məmmədova, Avropa Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos və bəstəkar, müğənni Tünzalə Ağayevanın iştirakı ilə davam edərək, XXI əsrdə inşa olunmuş Məhəmməd məscidinin qarşısından keçməklə İçərişəhərin göz oxşayan tarixi küçələri ilə davam etdi.

Məşəl estafetinə Azərbaycan memarlığının incilərindən Şirvanşahlar sarayında başa vuruldu. UNESCO-nun Ümumdünya irsinə daxil olan bu ərazi estafet üçün möhtəşəm ab-hava yaratdı.

Orta əsrlərdə Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürülür və şəhərin ən yüksək nöqtəsində Şirvanşahlar Sarayı ucaldılır. Sarayın ansamblı hər biri bir tarix olan 9 tikilidən - saray binası, divanxana, dərviş və saray türbələri, şərq darvazası, saray və Keyqubad məscidləri, hamam və ovdandan ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğundan, vahid memarlıq strukturu yoxdur. Amma tikililər sanki biri digərini tamamlayıb gözəlləşdirir və ən müxtəlif nöqtələrdən saray ansamblının tərkib hissəsi kimi görünür.

Alovun İçərişəhərə səyahətini və komandanın gəzintisini foto və video obyektivlərin hədəfində idi. Şirvanşahlar sarayında Tünzalə Ağayeva, «Yay» qalereyasında aktyor, Xalq artisti Rasim Balayev, «Nə? Harada? Və Nə vaxt?» intellektual oyunlarının çempionu Günel Babayeva İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində, SSRİ Xalq artisti, dünya şöhrətli rəssam Tahir Salahovun yaradıxılıq emalatxanası olmuş özünün ev-muzeyində, «Nə? Harada? Və Nə vaxt?» intellektual oyunlarının çempionu Adnan Axundov İçərişəhərdəki sıra tağlı dini-memarlıq kompleksində açıq səma altında daş abidələri ekspozisiyasında, muğam ifaçısı, Xalq artisti Arif Babayev arxeoloji parkında, rəssam Əli Şəmsi öz evində, muğam ifaçısı Canəli Əkbərov Muğam karvansarasında, müğənni Zülfiyyə Xanbabayeva Qız qalasında fotoçəkilişlərdə iştirak etdilər.

Bakı 2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu alovun bu tarixə səyahəti barədə dedi: “Bakı, olduqca zəngin tarixi və mədəni irsə sahibdir. Alovun səyahətinin daha bir gününü İçərişəhərdə keçirməklə, ev sahibi Bakının bu gözəl irsini dünyaya tanıtmaq və nümayiş etdirmək fürsəti qazanmışıq”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.