9 iyun 2015 16:45

Türkiyə və Britaniya Bakıda məşqlərə başladı

Bu gün Türkiyənin və Böyük Britaniyanın su polosu komandaları Bakıdakı ilk məşqlərinə çıxıblar. Azerisport.az xəbər verir ki, Türkiyə komandasının baş məşqçisi, Ersin Özdurak Bakı 2015-ə hazırlıq prossesindən bəhs edərkən heyətdəki zəif və güclü tərəflərdən danışıb:

"Oyunun hər mövqeyində əksikliklərimiz var. Ona görə də komandamın daha çox çalışmağa ehtiyacı var".

Türkiyəli mütəxəssis, komandasında hər hansı bir ulduz oyunçunun olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Düzünü desəm, bizim ulduz oyunçumuz yoxdur. Daha çox komanda şəklində oynamağa çalışırıq. Ona görə də komanda da hansısa idmançını ulduz adlandıra bilmərəm".

Monteneqro, Xorvatiya və Yunanıstan komandaları ilə eyni qrupda mübarizə aparacaqlarını bildirən, Özdurak,  ilk mərhələni keçəcəkləri halda növbəti oyunlarda uğur qazanaraq, medalçılar sırasına düşə biləcəklərini düşünür.

Bu gün Böyük Britaniya komandası ilə Bakıda ilk məşqinə çıxan Anna Eduards isə Avropa Oyunlarının onun üçün böyük təcrübə olacağını vurğulayıb: "Bu heyranedicidir, çünki əvvəllər belə bir yarışda heç vaxt iştirak etməmişəm. Bütün bunlar misli görünməmiş tədbirlərdir. Heç vaxt düşünməzdim ki, belə bir təcrübə qazanmaq şansım olacaq".

Qeyd edək ki, su polosu oyunu, 19-cu əsrdə məhz Böyük Britaniyada yaranmış və daha sonra dünyanın hər yerində oynanmağa başlanmışdır. 1900-cu ildə Parisdə keçirilən ikinci Olimpiya Oyunlarda, olimpiya idman növlərinə daxil edilən su polosu, hər biri 8 dəqiqə olan 4 hissədən ibarət olur.

Bakı 2015, birinci Avropa Oyunlarında kişilərin su polosu yarışında 16, qadınların yarışında isə 12 komanda mübarizə aparacaq. Yarışda yalnız yaşı 17-dən aşağı olan idmançılar çıxış edəcək. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.