8 iyun 2015 00:05

Bakı 2015-in Alovu Bakıya təntənəli şəkildə gətirildi

Birinci Avropa Oyunlarının iyunun 12-də baş tutacaq açılış mərasimindən əvvəl estafet mərasiminin paytaxtda keçiriləcək beş günlük son mərhələsi üçün Bakı 2015-in alovu ötən gün, iyunun 7-də təntənəli şəkildə Bakıya gətirilib. 

Aprelin 26-da məşəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Atəşgah məbədində yandırıb. Avropanın 50 ölkəsinin Azərbaycan, həm də bütün qitə üçün tarixi hadisə olaraq, Bakı 2015 Avropa Oyunlarının alovu 750 000 tamaşaçını bir araya gətirərək ötən 6 həftə ərzində Azərbaycanı gəzib. 

Bakı 2015-in alovu, bu axşam qayıqla «Sadko» pavilyonunun yerləşdiyi, uzunluğu 440 m, eni 22 m olan estakada-tərsanəsinə, neftçi Nahid Nuriyev tərəfindən Xəzər dənizində yerləşən Neft Daşlarından gətirildi. Prezident İlham Əliyev estafeti N.Nuriyevdən təhvil alaraq məşəli Dənizkənarı Milli Parkı - Bakı bulvarı ilə daşıdı. Xanəndə Arif Babayev məşəli Birinci Xanım Mehriban Əliyevaya ötürdü və daha sonra məşəlçilər İsfar Sarabski, İqbal Hacızadə və Firəngiz Əlizadə alovu Neftçilər prospekti ilə daşıdılar. Ardınca Azərbaycanın məşhur Qarabağ atlarının paradı keçirildi.

Daha sonra məşəl Ağ Şəhər istiqamətində ənənəvi yürüş formatı üzrə yoluna davam etdi. Bakının yüz ildən bəri Qara Şəhər adlanan ərazisində ucaldılan Ağ Şəhər müasir dünyanın ən böyük layihələrindən biridir. Ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsində inşa edilən Ağ Şəhər 221 ha ərazini əhatə edəcək. Uzunluğu 2,7 kilometr, sahəsi 33 hektar olan Ağ Şəhər bulvarı məşəl estafetini salamladı.

Açılış mərasiminə qədər alovun gecələr saxlanılacağı məkana – Qız qalasına gətirilmədən əvvəl Bayraq meydanı və Bakı Kristal Zalına qədər məşəli Namiq Abdullayev, Zemfira Meftaheddinova və Ömər Eldarov daşıdılar. Ümumilikdə, şəhər boyunca məşəl 16 km yol məsafədə 100 məşəlçi tərəfindən daşındı.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komtəsinin baş icraçı direktoru cənab Azad Rəhimov bu münasibətlə dedi: “Alov səyahəti keçən altı həftə ərzində Azərbaycan ictimaiyyətinin məşəl estafeti barədə təsəvvürünü canlandırıb. Bu axşam keçirilən şənliklərdə digər bölgələrin sakinləri kimi, Bakı əhalisinin də böyük maraqla iştirak etdiyini görmək möhtəşəm duyuğular yaradır. Açılış mərasimi ərəfəsində bu səyahəti insanlar arasında ümid hissini gücləndirir, bu möhtəşəm şəhərin yeni nurlu şəfəqlə parlaması üçün fürsətdir və əminəm ki, növbəti dörd gün ərzində Bakının bütün füsünkarlığını bu mərasimlərdə bir daha əyani görəcəyik”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.