7 iyun 2015 12:30

Olimpiya çempionları Bakı-2015 üçün sıraya düzülürlər

Sıralarında əlli doqquz Olimpiya qızıl medalının qalibi olan yüz əlli olimpiya medalçısının Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, onların iştirakı bir daha sübüt edir ki, bu idmançıların öz idman növlərində tarixdə ilk keçirilən Avropa oyunlarının çempion olmaq istəyi bu yarışlarda mübarizənin güclü olacağını bir daha təsdiq edir.

Olimpiya medalçıları kimi, iyun ayının 12-dən - 28-dək keçiriləcək Bakı 2015 yarışlarında iştirak edən 6000 idmançıdan təxminən 200-ü dünya çempionu olduğundan, onlar qızıl medal uğrunda Bakıda keçiriləcək yarışları kifayət qədər rəqabətli edirlər.

Bakı 2015-də keçiriləcək 20 idman növündən 12-də idmançılar üçün əlavə stimul olacaqdır, belə ki, bu növlər üzrə yarışlarda idmançılar üçün Rio 2016 Olimpiya Oyunlarına təsnifat imkanları təmin olunacaq, üç idman növü, stolüstü tenis, triatlon və atıcılıq üzrə qızıl medalçılar isə növbəti yayda keçiriləcək Oluimpiya Oyunlarına birbaşa vəsiqələr veriləcəkdir.

Bakı 2015 idman proqramı həmçinin, karate, çimərlik futbolu, sambo və basketbol 3x3  kimi perspektivli idman növləri üçün də yer ayırır. Çimərlik futbolunda dünyanın ən yaxşı beş komandasından dördü, o cümlədən dünya çempionu, Rusiya komandası Avropa Oyunlarının qızıl medalı uğrunda mübarizə aparacaq; 3x3 basketbolda isə gümüş mükafatçısı Serbiya qızıl medal qazanmağa namizəd favoritlər arasındadır.

Qeyri Olimpiya idman növlərinə yer ayrılması, Avropa Oyunları ilə əlaqədar Avropa Olimpiya Komitəsinin mərkəzi baxışına uyğun olaraq dünya idmanı üçün yeni bir innovasiya elementidir – bu Olimpiya Oyunlarından və Asiya Oyunları yaxud Pan Amerika Oyunları kimi digər multi-idman qitə oyunlarından fərqlənir.

Bakı 2015-in Baş Əməliyyat İşçisi cənab Simon Kleq demişdir: “Bakı 2015-də belə yüksək dərəcəli idmançıların iştirakı bizim Avropa idman təqvimində bu yeni yarışın əhəmiyyətini əks etdirir. İdmançılar, MOK-lar, Avropa və beynəlxalq idman federasiyaları Bakı 2015-ə uğur qazanmaq və Avropa bazarında görünmək və Rio 2016-ya adlamaq üçün böyük imkan kimi yanaşırlar".

“Bakı 2015 idmançılara onların öz idman növləri üzrə yarışaraq tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu olmaqla öz adlarını tarixə yazmağa imkan yaradır.

London 2012 Olimpiadasının taekvando üzrə qızıl medalçısı və Bakı 2015-də atletlərin səfiri, xanım Ceid Jounz bu fikirlərə əlavə olaraq bildirib: “Bakı 2015 bu il mənim yarış təqvimimdə doğurdan da çox mühüm yer tutur. Bakı yarışlaı ilə mən Rio 2016-ya hazırlaşacam, və Rioda isə mən böyük səylə öz Olimpiya titulumu qoruyacam. Ona görə də Bakıda Avropanın ən güclüləri ilə görüşmək böyük bir sınaqdır, burada mən və mənim Avropalı rəqiblərim olacaqdır".

“Böyük Britaniya komandası oraya böyük heyətlə gedir, orada vaxtımız xoş keçəcək, amma hər şeydən öncə mən oraya qələbə çalmaq üçün gedirəm".

Küçə Atletikası da Bakı 2015-də bir yenilik olacaq, buraya bir sıra yüksək profilli idmançılar, o cümlədən, 2013-cü il Moskvada keçirilmiş Dünya Çempionatının qızıl medalçısı, alman şüvüllə tullananı Rafael Holzdeppe, Ukrayna hündürlüyə tullananı Boqdan Bondarenko da iştirak edir ki, o da Moskvada dünya çempionu olub.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.