6 iyun 2015 15:00

Bakı 2015 Avropa Oyunları başlamazdan öncə tibbi təlim proqramını başa çatdırır

Bakı 2015 bu gün 950 nəfərdən çox insanın 12 iyunda Avropa Oyunlarının açılış mərasimi başlamazdan öncə öz tibbi təlim proqramını artıq başa çatdırdığını elan etdi. Azerisport.az xəbər verir ki, bu proqram Səhiyyə nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

O, 2014-cü ilin sentyabrında həyata keçirilməyə başlandığı andan etibarən tibb təhsili alan 450 tələbəyə ilk tibbi yardım təlimi keçməklə yanaşı 500 həkim, tibb bacısı və təcili yardım işçiləri üçün əsas və təkmilləşdirilmiş təxirəsalınmaz tibbi yardım vərdişlərinin daha da yaxşılaşdırılması istiqamətində ixtisasartırma kurslarında iştirak etmək, onların beynəlxalq səviyyədə tanınmış ən son üsullara yiyələnmələrini təmin etmək imkanı yaradıb.

Tibbi təhsil alan həmin tələbələr Avropa Oyunları zamanı yarışların keçirildiyi bütün idman obyektlərində tamaşaçılara ilk tibbi yardım göstərilməsi istiqamətində mühüm rol oynayacaqlar. Həkimlər və tibb bacıları öz vəzifə öhdəliklərindən asılı olaraq, tamaşaçılara ixtisaslı tibbi yardım göstərəcək. Onlar həm də Avropa Oyunları üzrə tibbi qrupun cəlb olunduğu sahənin bir iştirakçısı olarlarsa, bu zaman idmançıların istənilən tibbi ehtiyaclarının  təmin olunmasına görə də məsuliyyət daşıyacaqlar.

Təlim proqramı Səhiyyə nazirliyindən olan 12 təlimçidən ibarət qrup tərəfindən həyata keçiriləcək. Bakı 2015-in missiya proqramının bir hissəsi kimi, həmin təlimçilər bütün ölkə üzrə ilk və təxirəsalınmaz tibbi yardım vərdişlərinə malik insanların sıralarını genişləndir. Onlar həmçinin həmin təlim proqramının daha da genişləndirilməsini təmin etməyə yardımçı olurlar. 

Tibbi təlim proqramından danışarkən,  Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Simon Kleq bildirmişdir: "Bu tədbir qarşıdan gələn illər ərzində Azərbaycanın hər yerində Avropa Oyunlarının insanların  həyatı üçün  nəzərəçarpacaq fərqli yanaşmaların hansı şəkildə tətbiqi ilə yadda qalacaq bariz nümunədir.

Bu tibbi təlim proqramının başlıca məqsədi yalnız Bakı 2015-in bütün tamaşaçılara və idmançılara dövrün tələblərinə cavab verən ən müasir tibbi yardım xidmətlərinin göstərilməsini təmin etməkdən deyil, eyni zamanda davamlı əsaslarla bu yardımı təklif etməyə qadir olan insanların sayını artırmağa xidmət etməkdən ibarətdir".

Səhiyyə nazirliyi aparatının rəhbəri Zəkiyya Mustafayeva bildirmişdir: "Bakı 2015 proqramı çərçivəsində Avropa Oyunları zamanı yüksək tələblərə cavab verən ilk və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı olaraq üzərimizə düşən öhdəliklərimizi yerinə yetiririk. İdmançıların və tamaşaçıların ehtiyaclarını qarşılamaq üçün yetərincə imkanlara malikik və bütün ölkə  illər uzunu bu missiyadan lazımınca faydalanmış olacaq".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.