3 iyun 2015 22:00

Bakı 2015 Alov veb-saytının ardınca rəsmi internet səhifəsini tətbiq etdi

Bakı 2015 çoxsaylı mükafat qazanmış Alov veb-saytının uğurunun davamı olaraq rəsmi saytın mobil tətbiqetməsini hazırlayıb. Azerisport.az xəbər verir ki, yeni tətbiqetmə həm Azərbaycan, həm də İngilis dillərində olacaq və ilk Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar verəcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin edəcək. Yeni tətbiqetməni buradan yükləyə bilərsiniz: iOS, Android, Windows Phone.

İstifadəçilər Bakı 2015-in bütün yarışlarını canlı izləyə biləcək və obyektlər, idman növləri və Oyunlarda iştirak edəcək 6 min idmançı haqqında geniş məlumat əldə edəcəklər. 

Avropa Oyunlarına ev sahibliyi edən şəhəri ən yaxşı şəkildə nümayiş etdirən “Bakıda Coşğu” veb-saytı (Bu ünvandan daxil ola bilərsiniz: biginbaku.com) tətbiqetmədə xüsusi sosial media bölməsi kimi yayımlanacaq.

Bununla belə, istifadəçiləri təntənəli Avropa Oyunlarının məşəl estafetinə, virtual Alov Səyahətinə dəvət edən Bakı 2015-in ən müasir Alov veb-saytı (flame.baku2015.com) fəaliyyət göstərdiyi 26 aprel tarixindən etibarən üç mükafat qazanıb.

“Dünyada ən yaxşı veb dizaynerlərinin, tərtibatçıların və agentliklərin istedad və səyini tanımağa” çalışan “Awwwards” jüriləri Alovu 30 may üçün Günün Saytı adlandırıblar. “Awwwards” rəqəmsal dünyada iki ən mühim fərqlərdən biri hesab olunur və Alov saytı bu ilin sonunda illik “Dünyada ən yaxşı 365 Veb-sayt” nəşrinə daxil ediləcək. 

SAM Mükafatından iki gün əvvəl eyni tanınmanı əldə edən Alov, SAM Çarxı tərəfindən də 18 may üçün “Günün Saytı” mükafatına layiq görülmüşdü.

Sayt Azərbaycanda yeganə virtual səyahətdir və istifadəçilər Bakı 2015 Alovun Səyahəti boyunca özlərinin sevdikləri şəkillərini bura yükləyə bilərlər. Geniş sosial medianın iştirakı ilə birləşən ən son rəqəmsal dizayndan istifadə olunmaqla Alov ölkə daxilində və onun hüdudlarında təntənəli Avropa Oyunları üçün həvəs yaradıb və qitənin internet ictimaiyyətində və idmansevərlərdə maraq oyadıb.
 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.