3 iyun 2015 20:00

Boks yığmamızın Bakı-2015 üçün heyəti açıqlandı

Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə milli komandamızın heyəti məlum olub. Azerisport.az xəbər verir ki, seçməmiz kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq.

Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq. 

Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk cıddı sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires” klubunun heyətində Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. Məşqçilər korpusu 56 kq-da “Böyük İpək Yolu” turnirində 1-ci olan gənc Tayfur Əliyevə şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçir. 

Qızların yarışında 5 boksçumuz çıxış edəcək.  Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq. 

Kişilərdən ibarət milli komandamız: 

49 kq. Salman Əlizadə 

52 kq. Elvin Məmişzadə 

56 kq. Tayfur Əliyev 

60 kq. Albert Səlimov 

64 kq. Lorenzo Sotomayor 

69 kq. Pərviz Bağırov 

75 kq. Xaybulla Musalov 

81 kq. Teymur Məmmədov 

91 kq. Abdulqadir Abdulllayev 

+91. Məhəmmədrəsul Məcidov 

Qadınlardan ibarət seçmə komanda: 

51 kq. Anaxanım Ağayeva 

54 kq. Anna Əlimərdanova  

60 kq. Yana Alekseyeva

64 kq. Yelena Vıstropova

75 kq. Leyla Cavadlı  

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.