3 iyun 2015 14:00

Bakı 2015 Rusiyada 53 milyon evdə izləniləcək

Bu gün, Bakı 2015 Avropa Oyunları Rusiyanın “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bununla da, kanal qonşu ölkədə birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ ələ edib. Müqaviləyə əsasən, 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunları Rusiyada 53 milyon evə yayımlanacaq. 

“Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək. 

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Mən, Birinci Avropa Oyunlarının bu cür önəmli bazarda yayımına nail olmaq üçün “Rusiya” televiziya kanalı ilə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin coşğulu idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində, bütün platformalar üzrə geniş yayımdan zövq alacaq”.

“Rusiya” televiziya kanalının İdman şöbəsinin rəhbəri cənab Aleksandr Tasçin əlavə etdi: “Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük yığma ilə təmsil olunacaq. Məhz buna görə də, biz “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.