30 may 2015 00:45

Avropa Oyunlarının alovu Ağsu şəhərində qarşılandı

Bakı 2015 Alovu Böyük Qafqazın ətəklərində yerləşən Ağsuya mayın 29-da çatdı. Azerisport.az xəbər verir ki, ərazisi 1020 km2, əhalisi 70 min nəfər olan Ağsu rayonuna Məşəl karvanının səyahəti Seyrangah parkından başlandı. Burada şəkillər çəkdirildi, videoxronika üçün zəngin material toplandı.

2,04 km davam edən yürüş isə şəhər girişində, Heydər Əliyev prospektindən başlandı. Fəal gənc Elnur Fərzəlizadənin başladığı estafetdə Cavid Sabirov, Altun Şeydayev, Elnur Mahmudov, Vüsal Mustafayev, Şahinbəy Həsənbəyli, Elnur Nəsirov və Tamerlan Abışov iştirak etdilər. Elşən Mustafayevin Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirdiyi yürüşün son iştirakçısı Cəmil Atakişiyev məşəllə Heydər Əliyev parkında qurulmuş səhnəyə qalxaraq çırağı alovlandırdı.

Bütün məşəlçilər səhnədə alqışlandıqdan sonra, Atəşgah məbədində ilk məşəlin alovlandırılması, ardınca Bakı 2015-in təbliğat videoçarxları göstərildi. Aparıcı Bakı 2015 və məşəl estafeti ilə bağlı məlumat verdi. 11-ci sinif şagirdi Dilarə Sultanova Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim etdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

Məşəl estafetin iştirakçısı Elnur Fərzəlizadə ürək sözlərini dilə gətirdi: “Sevincimin həddı-hüdudu yoxdur. Cənab prezident İlham Əliyevin müqəddəs Atəşgahda alovlandırdığı məşəl ölkəmizi qarış-qarış gəzərək, bu gün rayonumuza gəlib və mən də tarixdə xüsusi yer alacaq bu böyük hadisənin iştirakçısıyam. Ağsu camaatı üçün də bu xüsusi gündür: ətrafa nəzər salsaq, yalnız böyük hərarətli baxışlar, sevinc və təbəssümlü simalar görərik. İdmançılarımızın Bakı 2015-də uğur qazanacağına inanıram. Bayram ovqatı bizim üçün burada başa çatmır, onun davamı kimi, idmançılarımıza paytaxtda – idman arenalarında yaxından dəstək verəcəyik”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.


Alov səyahəti marşrutuna sabah, mayın 30-da Qobustan və Şamaxı rayonları da daxil olacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.