30 may 2015 00:15

Avropa Oyunları Serbiyada da yayımlanacaq

Bakı 2015, serbiyalı izləyicilərə 12-28 iyun tarixində keçiriləcək birinci Avropa Oyunlarını seyr etmək imkanı verən yayım müqaviləsi imzalayıb. Azerisport.az xəbər verir ki, oyunlar, ödənişsiz ictimai yayım kanalı olan Radio Television Serbiya (RTS) vasitəsilə nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə 3 milyon evdə izlənilir.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Bakı 2015, uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin, bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün, Birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır.

Bu yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir və mən çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik ölkədir və biz, serbiyalı idmançılardan gələn ay Bakıda böyük uğurlar gözləyirik".

Cənab Vladan Skrkik, RTS Proqramının Direktoru deyib: “Mən həmişə idmanın inkişaf etdirilməsinə dəstək vermişəm və belə bir yarışda, ələlxüsus da inaqurasiya versiyasında, iştirak etməyə görə çox şadam".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.