27 may 2015 22:00

Bakı-2015 Alovunun Mərkəzi Aranda daha bir görüşü

Azərbaycanın Aran iqtisadi rayonuna daxil olan Kürdəmir bu gün, mayın 27-də Alovunun səyahət etdiyi növbəti rayon oldu. Azerisport.az xəbər verir ki, ərazisi 1631,5 km2, əhalisi 111 min nəfər olan Kürdəmir Bakı - Qazax magistralının mərkəzində yerləşir. Əsasən kənd təsərrüfatının inkişaf etdiyi rayonun Sığırlı kəndində ilkin orta əsrlərə aid "Qaratəpə" və Ərəbqubalı kəndində "Şəhərgah" tarixi abidələri ölkə əhəmiyyətli arxeoloji abidə kimi öyrənilir. 

2,58 km məsafəni əhatə edən məşəl estafetini Bakı prospektində Əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə dunya çempionatlarının mükafatçısı Əlisahib Əliabbasov başladı. Heydər Əliyev prospekti ilə davam edən yürüşdə Mirəli Şıxəliyev, Elnur Məmmədli, Eltac Qaçayev, Şəfa Nuriyeva, Emil Nəsirov, Ülviyyə Kazımova, Taleh Kərimov və Daşqın Rüstəmov iştirak etdilər.

Prospektdəki meydanda yerləşən fəvvarə önündə estafeti yunan-Roma güləşi üzrə məşqçi-müəllim Samir Şükürov tamamladı. Rayon sakinləri məşəlçiləri səhnə önündə alqışladılar. Sonuncu məşəlçi səhnədə Bakı 2015-in növbəti çırağını alovlandırdı və onu rayon ictimaiyyətinə məktəbli Leyla Cabbarova təqdim etdi.

Bütün məşəlçilər səhnədə alqışlandıqdan sonra, Atəşgah məbədində ilk məşəlin alovlandırılması, ardınca Bakı 2015-in təbliğat videoçarxları nümayiş olundu. Aparıcı Bakı 2015 və məşəl estafeti ilə bağlı məlumat verdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

Məşəl estafetinin iştirakçısı Elnur Məmmədli ürək sözlərini dilə gətirdi: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qürurvericidir. Bu tarixi hadisənin nəinki şahidi, hətta iştirakçısı olduğuma görə sevinirəm. Əgər əvvəllər Avropada təşkil olunan mötəbər yarışları televiziya vasitəsilə izləyirdiksə, indi biz bu hadisələrin canlı şahidi və iştirakçısıyıq. Keçmiş güləşçi olduğum üçün bu yarışlar mənə daha maraqlı olacaq. Onları yaxından izləyəcəyəm. Əminəm ki, ən çox yüksək əyarlı medallar pəhləvanlarımızın nəsibi olacaq”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran məşəlçilərə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti bir günlük fasilədən sonra, mayın 29-da Ağsu rayonunda davam etdriləcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.