27 may 2015 17:45

Olimpiya qızıl medalçısı və beşqat dünya çempionu Avropa Oyunlarında adını tarixə yazmağı planlaşdırır

İrlandiyanın Olimpiya çempion boksçusu Katie Taylor Bakı Avropa Oyunlarının veb səhifəsi üçün hazırlanmış video çarxda Bakı 2015 Oyunlarında adını tarixə yazmaq planını açıqlayıb. Azerisport.az xəbər verir ki, xanım Taylor qadınların boks tarixində ən çox medalı olan idmançıdır və London 2012 Avropa Oyunlarında qızıl medala sahib olduqdan sonra qabaqcıl Olimpiya çempionudur. 28 yaşlı idmançı beş ardıcıl Dünya Çempionatını, altı ardıcıl Avropa Çempionatını və beş Avropa Birliyi Çempionatının qalibi olub və adını tarixə yazmaq üçün Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını digər bir imkan hesab edir.

Xanım Taylor dedi: “Bu ilk Avropa Oyunları olmaqla çox tarixi bir yarış olacaq və siz, həqiqətən də, bundan daha böyük nailiyyət əldə edə bilməzsiniz. Mən, doğrudan da, belə mötəbər yarışda öz ölkəmi təmsil etmək, yarışmaq və boks üçün gözləyə bilmərəm. Bu, tam bir fürsətdir və mənim adımı tarixə yazmaq üçün digər imkanım var".

Xanım Taylor bildirdi ki, Bakıda mübarizə aparmaq unudulmaz olacaq: “İdman haqda çox biliyə sahib olan və eləcə də, belə güclü boks komandasına malik olan ölkəyə getmək hər zaman möhtəşəmdir. Bilirəm ki, Kristal Zalda ab-hava heyranedici olacaq".

Bundan başqa, Olimpiya çempionu ona da aydınlıq gətirdi ki, onun Bakı 2015 Oyunlarında yalnız bir məqsədi var: “Bizim hamımız qızıl medala sahib olmaq üçün ordayıq, lakin yalnız bir nəfər qızıl medalla ilk pilləyə yüksələcək və mən həmin şəxs olmağı planlaşdırıram.

 “Mən hər zaman ən yaxşı qadın boksçu olmaq istəyirəm.” Tam videoya bu keçiddə baxa bilərsiniz http://www.baku2015.com/video/index.html.  

Bakı 2015 Boks yarışı 12 gün ərzində planlaşdırılır və 16 iyun tarixində Kristal Zalda başlayacaq. 15 medal üzrə qarşılaşmadan təşkil olunmuş yarış Avropadan olan 330 kişi və qadın idmançını  əhatə edəcək.

Biletlər Bakı şəhərində 12 rahat məkanda yerləşən bilet satış mərkəzlərindən (o cümlədən, Park Bulvar, 28 Mall və Metro Park Baku) birbaşa və ya www.baku2015.com/tickets veb səhifədən onlayn şəkildə əldə edilə bilər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.