27 may 2015 17:30

Bakı-2015 Xorvatiya kanalı ilə razılığa gəldi

Bu gün Bakı 2015 Avropa Oyunları Xorvatiyada açılış mərasiminin işıqlandırılması haqqında yayım sövdələşməsi imzalayıb. Azerisport.az xəbər verir ki, 12-28 iyun tarixlərində baş tutacaq Bakı 2015 yarışları 2011-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan Sportska Televizija (SPTV) kanalında hər gün 10 saat ərzində yayımlanacaq. SPTV kanalı həm də Açılış və Bağlanış mərasimlərini nümayiş etdirəcək. Habelə Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş surətdə işıqlandırılmasını təmin edəcək. 

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirdi ki: “Bakı 2015 Avropa Oyunları Avropa idmanı üçün həddindən çox vacibdir və buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün bu qədər ciddi-cəhdlə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə, Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər".

SPTV kanalının Baş redaktoru cənab Yura Ozmek əlavə etdi ki: “Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir. Bakıda 20 idman növü üzrə yarışlar keçirilir və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olur. Xorvatiya həmin idman növlərinin 18 növü üzrə təmsil olunacaq və biz ümidvarıq ki, o, bütün bu idman növləri üzrə medala iddia edən ölkələr arasında olacaq. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və 12 iyunda baş tutacaq Açılış mərasimini səbirsizliklə gözləyirik. BAOƏK ilə tərəfdaşlıq etməkdən məmnun qaldıq və bir yerdə Avropa və Xorvatiya idmanında yeni bir səhifə açacağıq".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.