26 may 2015 18:00

Bakı-2015 Akademiyasının məzunları vəzifələrə təyin olunmağa başlayırlar

Bakı 2015 Oyunları Akademiyasının məzunları bu həftə özlərinin Məzun Kamilliyi Proqramı üzrə təlim kurslarını bitirərək Oyunların keçiriləcəyi binalarda və əməliyyat mərkəzlərində öz konkret vəzifələrini icra etməyə başlayacaqlar. Azerisport.az xəbər verir ki, 163 nəfəri Azərbaycandan, 25 nəfəri isə müxtəlif Avropa ölkələrindən olmaqla, cəmi 188 nəfər məzun ali təhsilli şəxslərin Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin (BAOƏK) tam ştatlı əməkdaşlarına çevrilməsini təmin edən bu yenilikçi proqramda iştirak ediblər. 

BP şirkəti tərəfindən dəstəklənən Oyunlar Akademiyasının bir hissəsi olan bu proqramın məzunları əsas peşə bacarıqları və Oyunlar haqqında biliklər üzrə dərs otağında və iş yerində həyata keçirilən ən uzağı bir illik təlim kursundan bəhrələndilər. 

Həmin kursda əsas diqqət onların Oyunlardan sonra öz karyeralarında növbəti addımları atması üçün tələb olunan bacarıqlara yönəldildi. Bu, Bakı 2015 Oyunlarının bacarıqlar aşılamaq və Azərbaycanda kadr ehtiyatı irsi qoyub getmək öhdəliyinin bir hissəsini təşkil edir. 

Bakı 2015 Oyunlarında Oyunlar Akademiyası üçün cavabdeh olan Əməli bacarıqlar və hazırlıq üzrə Direktor cənab Gevin MakAlpin bildirib: “Bu, ilk belə haldır ki, tam məzun proqramı çoxsaylı idman növlərini əhatə edən böyük Oyunlar çərçivəsində işlənib hazırlanır və biz iştirakçılarımızın hər birinin verdiyi töhfədən çox razıyıq. Oyunlar Akademiyasının irsi o deməkdir ki, ölkənin gələcək beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün güclü mövqeyə malik olmasını təmin edən, çoxsaylı idman növünü əhatə edən böyük Oyunların həyata keçirilməsi üçün təcrübəyə malik olan bir sıra Azərbaycanlı kadr hazırlanacaq. Əminəm ki, bizim bütün məzunlarımız Oyunlar zamanı öz işlərini əla səviyyədə yerinə yetirərək Azərbaycanın və bütün Avropanın fəxr edəcəyi möhtəşəm tədbirin həyata keçirilməsinə kömək edəcəklər".

Proqramın iştirakçıları birinci Avropa Oyunlarının həyata keçirilməsinə kömək etmək məqsədilə BAOƏK-in 19 şöbəsində, o cümlədən İctimai əlaqələr, Kadrlar, Mətbuat əməliyyatları və İdman obyekti idarəetməsi şöbələrində işləyiblər. 

Bakı 2015 proqramının məzunu və Heydər Əliyev Arenasında İdman obyektinin idarəetməsi mərkəzinin meneceri Aysel Hüseynova bildirib: “Bu proqram mənim və azərbaycanlı məzun yoldaşlarımın doğma ölkəmizdə çoxsaylı idman növünü əhatə edən çox maraqlı bir tədbirin həyata keçirilməsinə kömək etmək üçün tələb olunan bacarıqlara və biliklərə yiyələnməsinə imkan yaratdı. Bakı-2015 Oyunlarının keçiriləcəyi möhtəşəm idman obyektlərinin birində işləyəcəyim üçün fəxr edirəm və bu yay Avropanın hər yerindən Bakıya gələcək adamları qarşılamağı səbirsizliklə gözləyirəm".

Bakı 2015 Oyunları Akademiyası bir sıra icraçı tərəfdaş tərəfindən dəstəklənir, BP şirkəti isə onun xüsusi, rəsmi tərəfdaşıdır. Bakıdakı ADA Universiteti iş yerində səmərənin yüksəldilməsinə yönəldilən əsas bacarıqlar üzrə təlim kurslarını həyata keçirdi. Beynəlxalq idman elmi və texnologiya akademiyasının (BİETA) və Beynəlxalq Olimpiya akademiyasının (BOA) həyata keçirdiyi təqdimatlar isə idman aləmi haqqında təsəvvür yaratdı. Nəhayət, bu konsepsiyanı işləyib hazırlayan Broadstone adlı Amerika məsləhətçi şirkətini bir sıra fəaliyyət istiqaməti, o cümlədən tədbir idarəetməsi, əməliyyat planlaşdırması və hazırlıq mövzusunda təlim materiallarının tərtib edilməsinə rəhbərlik etdi. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.