26 may 2015 15:30

Bakı-2015 və P&G 3-cü Şanslı qalibin adını açıqladı

Bakı 2015 və rəsmi tərəfdaşı P&G Elnarə Rəsulovanı Birinci Avropa Oyunlarının sonuncu “Şanslı qalib”i elan edib. Azerisport.az xəbər verir ki, Elnarə Rəsulovanın bilet nömrəsi təsadüfi çəkilişlə qalib olub və o, bütün ailəsi üçün illik P&G məhsullarının sahibi olub.

Bakı 2015-in ”Şanslı qalib” kampaniyası “onlayn” bilet alan yerli tamaşaçılar üçün keçirilir. İyun ayının əvvəllərində elan ediləcək sonuncu Şanslı Qalib “Nar Mobile”dan ömürlük danışıq paketi qazanacaq. Bütün mükafatlara Bakı 2015 Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki VIP bilet də daxildir.

“Şanslı qalib” Xanım Rəsulova dedi: “Bakının ev sahibliyi edəcəyini eşidəndən bəri Avropa Oyunlarını səbirsizliklə gözləyirəm və belə möhtəşəm bir mükafatı əldə etmək bunu daha da xüsusiləşdirir. Açılış Mərasimində olmağı gözləyə bilmirəm; bu, ölkəmiz üçün çox gözəl anlar olacaq və burada iştirak etdiyim üçün çox xoşbəxtəm!”

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “Xanım Rəsulova bizim üçüncü Şanslı Qalibimizdir və əminəm ki, bu möhtəşəm mükafatdan, eləcə də, Açılış və Bağlanış Mərasimləri üçün VIP biletlərdən zövq alacaq. Şanslı Qalib Kompaniyası Bakı 2015 Oyunları üçün biletlərin onlayn alınmasında böyük marağa səbəb olub və yeniliyə yol açan tədbirə davamlı dəstək olduqları üçün P&G-ya təşəkkür etmək istərdim.”

P&G-nin Azərbaycan ofisi üzrə direktoru Cənab Taygun Günay dedi: “P&G milyonlarla azərbaycanlıların gündəlik yaşayışının bir hissəsidir və indi Xanım Rəsulova Şanslı Qalib mükafatı ilə bizim məhsulları bir illik əldə etməyi səbirsizliklə gözləyə bilər. Biz Avropa Oyunlarının güclü tərəfdaşı olmağa çalışırıq və bu təşəbbüs tədbiri dəstəkləmək üçün əla vasitədir.”  Bakı 2015 Oyunları üçün biletləri baku2015.com veb səhifəsindən onlayn almaq mümkündür və Rəsmi Tərəfdaş Nar Mobile-dən böyük mükafat qazanmaq şansı vardır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.